Elə bir ev yoxdur ki, o evdə təmizlik olmasın. Bəzi evlərdə bu təmizliyə xüsusi diqqət edilir. Buna görə də bir sıra təmizlik vasitələrinə xeyli pul xərclənir.
İnsan istəyir ki, həm evi təmiz olsun həm də bu zaman büdcəni aşmadan bu məsələni həll edə bilsin. Bəs bunu necə edə bilərik?
Təmizlik vasitələrinin əldə edilməsini daha münasib qiymətə həll etmək üçün
1) Zamanla müxtəlif marketlədrə edilən endirimlərdən faydalanmaq. Fərqli marketlərdə eyni funksiyanı yerinə yetirən təmizlik vasitələrinin qiyməti bəzən bir birindən kəskin fərqlənir. Buna görə də əgər büdcəyə qənaət etmək istəyirsinizsə rahatlığınızdan keçib bu cür alı.-verişi eyni marketdən birdəfə deyil, fərqli arketlərdən edə bilərsiniz. Bu zaman büdcəyə 30-50 manat qənaət etmiş olacaqsınız.
2) Bəzi kimyəvi maddələrin əvəzinə məişətdə bildiyimiz üsullardan istifadə etmək. Məsələn pəncərələri silmək üçün şüşəsilən vasitələri sirkə və diş məcunu əlavə edilmiş su ilə əvəz edə bilərsiniz. Bu zaman büdcəyə çox böyük qənaət etmiş olmasnız da vaxt və enerjinizə də qənaət etmiş olacaqsınız. Çünki bu üsulla təmzlənmiş şüşüələr şüşətəmizləyən vasitələrlə silinən şüşələrdən daha gec kirlənir. Beləcə 2 dəfə şüşətəmizləyən vasitə ilə silməyi bir dəfə bu qarışımla silməklə sadəcə büdcəyə deyil vaxta da qənaət etmiş olacaqsınız.
3) Böyük supermarketlərdən deyil məhəllə marketlərindən eyni vasitələri daha ucuz qiymətə əldə etmək. Böyük supermarketlərin marketinq siyasətinə əsasən onlarda gündəlik tələbat olan məhsullar digər marketlərlə müqayisədə eyni qiymətə və ya cüzi aşağı olsa da digər vasitələr diqqəti çəkəcək qədər fərqli olur. Buna görə də bu cür vasitələri eyni markanı satdığı təqdirdə məhəllə marketlərindən almaq dah sərfəli olur.
4) Lazım olan vasitələri birdəfə yox hissə hissə və böyük ölçüdə almaq. Böyük həcmli məhsullar daha sərfəli olur nəyinki eyni məhsulun azhəcmli olanı. Misal üçün 8 rulon tualet kağızı əvəzinə 24 və ya 32 rulon olan tualet kağızını almaq daha sərfəlidir. Ümumi qiyməti rulon sayına böldükdə bir rulon azhəcmli olanda daha baha başa gəlir. Bu yuyucu tozlarında, şampunlarda və digər bir çox təmizlik vasitələrində də belədir.
Təmizlik vasitələrindən əlavə ev üçün lazımlı digər vasitələrin, xüsusən də xırdavat və təsərrüfat məhsullarının alınmasının da daha sərfəli forması xırdavat dükanları, bazarlar və məhəllə marketləridir. Burda isə bəzən prosesdə dəyişiklik etmək daha uyğun olur. Məsələn ev bitkilərinin dibçəklərini dəyişmək istədiyiniz zaman hamısını birdən dəyişməyə büdcəniz yetməyə bilməz amma hər bazarlıq və ya alış veriş zamanı birini dəyişsəniz bu sizin büdcənizdə kəskin fərq yaranmaz və zamanla artıq bütün dibçəkləri dəyişib istədiyinizə nail olmuş olacaqsınız.
Büdcə planlaması və qənaət çox detallı bir proses olduğu üçün hər sahəya özünəməxsus planlama etmək daha produktiv olur. Məsəln ərzaq məhsullarının alınması zamanı edilən planlamanı təmzilik vasitələrində etmək heç də effektiv olmaya bilər.
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant









































































































































































