dua

Ailədaxili zorakılığın dini və sosial kökləri

Baxış sayı: 531

Bir neçə gün öncə Abşeronda baş verən və dini inanclar ətrafında yaranan ailədaxili mübahisənin zorakılıqla nəticələnməsi təkcə bir ailənin şəxsi problemi deyil, cəmiyyətin dərinliklərində gizlənən, illərdir davam edən sosial-mədəni çatışmazlıqların bir göstəricisidir. Hadisə göstərir ki, ailədaxili zorakılıq bəzən maddi, bəzən isə dini və ideoloji məsələlər fonunda özünü göstərsə də, kökündə kommunikasiya çatışmazlığı, gender stereotipləri və güc balansının pozulması dayanır.

Hadisədə diqqət çəkən cəhət odur ki, tərəflər arasındakı mübahisə məhz dini təcrübələr, xüsusilə də qadının ibadət etmək istəyi üzərində qurulub. Bəzi ailələrdə dini rituallar və inanclar, xüsusən də qadının dini praktikasını seçmək haqqı, həyat yoldaşı tərəfindən idarə olunmalı bir məsələ kimi görülür. Bu, qadının fərdi seçim azadlığının məhdudlaşdırılması və psixoloji zorakılığın ilkin əlamətləridir.

Digər tərəfdən hadisədə təqsirləndirilən şəxs qadının “dələduzlara qoşulduğunu” iddia edərək zorakılığa haqq qazandırmağa çalışır. Halbuki bu, ailədaxili güc münasibətlərində çox rast gəlinən bir taktika, məsuliyyəti özündən uzaqlaşdırma cəhdidir.

Bu hadisə bir daha sübut edir ki, ailədaxili zorakılıq təkcə ailənin daxilində həll olunacaq məsələ deyil. O, sistemli müdaxilə, maarifləndirmə və cəmiyyətin aktiv mövqeyi tələb edir.

Dini inanclar şəxsi azadlıq kimi qəbul edilməli, mübahisə vasitəsinə çevrilməməlidir.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir