Bitlisin Hizan mahalına bağlı Çayır kəndində yaşayan vətəndaşlar, sağlam həyat üçün kənddə siqaret çəkmir və ətrafdakı təmizliyə həssaslıq göstərərək heyvanlarını kəndin kənarında bəsləyir.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ayrıca kənddə tarlalarda, bostanlarda yalnız kişilər çalışır.
Kəndin keçmiş muxtarı Etem Ərdoğan deyib ki, 25 il əvvəl muxtarlığa ilk seçildiyi dövrdə başlatdığı kampaniya ilə kənddə “pis qoxular yayılmasın” deyə, böyük baş heyvanın saxlanmaması qərarı alınıb.
O tarixdən bəri kiçik başlı heyvanlar da kəndin kənarındakı ağıllara çıxarılıb. Ayrıca siqaret çəkməyin və sarımsaq yeməyin qadağan edildiyi kənddə, kəndlilər 25 ildən bu yana hər cür pis vərdişdən uzaq dayanmağa çalışırlar.
Çayır kəndinin muxtarı Evren Ərdoğan kənddə sağlam həyata əhəmiyyət verdiklərini və insanların narahat olduğu pis qoxulardan uzaq dayandıqlarını söyləyib: “25 evi olan kəndimiz tərtəmiz, digər kəndlərdən çox fərqlidir. Siqaret çəkmirik. Başqa kənddən gələn qonaqlara da evdə siqaret çəkməyə icazə vermirik.
Gənclərimizi də siqaretdən uzaq tutmağa çalışırıq. Böyük başlı heyvan bəsləmirik. Kəndimizin içi tərtəmizdir. Təmiz qalması üçün bütün tədbirləri görürük.
Kiçik başlı heyvanı isə kəndin xaricində bəsləyirik, bundan əlavə kənddə qoxusundan narahat olunduğu üçün heç kim sarımsaq yemir. Qadınlarımızı bostanda-bağçada işlətmirik. Qadınlarımız yalnız ev işlərinə baxır”.