Böyük Britaniya sakini şimşəyin selfi çubuğuna düşməsi nəticəsində dünyasını dəyişib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ötən həftə Brekon-Bikons milli parkında baş verib.
O və daha bir neçə nəfər şimşəklə selfi çəkdirmək istəyib. Bunun üçün onlar yüksək dağa çıxıblar. Lakin təhlükəsizlik qaydasına riayət etməyən britaniyalı selfi düşkünlüyünün qurbanı olub.