?????????????????

İdmançılar belə qidalanmalı

Baxış sayı: 1. 821

Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur.

Bəzi qidaların çoxluğu və ya əskikliyi fiziki performansınızda, inkişafınızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır.

Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz.

Xəmir, düyü, çörək, kartof, manna yarması ağır qidalardır və qlüsit qaynaqlarıdır. Əgər qlikojen yığımı kafi olmazsa, orqanizm ehtiyac duyduğu enerjini amino asitdən (yəni zülaldan) və yağlardan almağa başlayır. Beləcə həm əzələ inkişafınız, həm idman performansınız geriləməyə başlayır.

Süd məhsulları kalsium və zülalla zəngindir və təməl sümüklərinizin möhkəmlənməsinə köməkçi olur. Süd məhsullarından mütləq daim istifadə olunması məsləhətdir. Yağ qəbulunu minimuma endirmək üçün ümumiyyətlə yağsız süd və qatığa üstünlük vermək tövsiyə olunur. Krem və qaymaqlı məhsullar kalsium baxımından zəif, kalori baxımından zəngin olduqları üçün çox istifadə edilməməlidir.

Meyvə və tərəvəzlər lif, vitamin, mineral “anbarıdır”. Tərkibindəki şəkər, yəni fruktoz, qaraciyərdə qlikojen yığılmasına köməkçi olur.

Qandakı dəmir çatışmazlığı qırmızı qan hüceyrələrinin oksigeni daşıya bilməməsinə və dolayısıyla yorğunluq, halsızlıq və gücsüzlük yaranmasına gətirib çıxarır. Bir çox qidanın içində olan dəmiri iki kateqoriyada izah edə bilərik. Birincisi mərci, göy noxud, taxıl və yumurtada olan (təxminən 5 faiz miqdarında olan), ikincisi isə ət və balıqda olan və dəmiri 25 faiz nisbətində saxlayan qidalar. Eyni zamanda C vitamini kimi bəzi vitaminlər də qırmızı qan hüceyrələri üçün çalışır və anemiyaya qarşı yaxşı mübarizə aparır.

İdman edərkən su və mineral itirirsiniz. Bu səbəbdən idmanla məşğul olanların su içməsi bədənin su nisbətini qoruya bilməsi baxımından çox əhəmiyyətlidir. İdman edənlərin susamadıqları zaman belə iş əsnasında, hətta gün boyu su içməsi vacibdir. İdman edərkən susamaq etdiyiniz idmanın performansını da sala bilər.

Ümumiyyətlə mütəxəssislər idmandan tam 3 saat əvvəl həzmə asan gedən, yüngül yeməklərlə qıdalanmağı təklif edirlər. İdmanı yekunlaşdırdıqdan təxminən 2 saat sonra isə əzələləriniz qidaya ehtiyac çoxalır. Mütəxəssislər idmandan təxminən 2 saat sonra qoz, qatıq kimi yağsız zülal və ya meyvə yeyərək sağlam bir şəkildə tox qala biləcəyinizi deyir.(




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir