Ağcaqanad əleyhinə dərmanlar uşaqlarda əqli zəiflik yaradır – ALİMLƏR

Baxış sayı: 1. 585
Fransalı alimlər həşəratlara qarşı müasir vasitələrin kimyəvi tərkibini və insan orqanizminə, xüsusən də balaca uşaqların səhhətinə təsirini araşdırıblar. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, nəticələr olduqca məyusedici alınıb.
İnsan üçün bu preparatlardakı ən təhlükəli maddə piretroidlərdir – onlar dəri vasitəsilə orqanizmə daxil olur və orada yığılır. Bu maddələr veterenariyada, kənd təsərrüfatı və kimya sənayesində gənə, taxtabiti və bitlərə qarşı şampun hazırlanmasında istifadə olunur.
Bəlli olub ki, həmin kimyəvi maddələr uşaqların əqli inkişafına mənfi təsir edir. Aydın olub ki, valideynləri belə vasitələrdən tez-tez istifadə edən uşaqlar qabiliyyət testlərində aşağı nəticə göstərirlər.
Eyni nəticə bu vasitələrdən istifadə edən hamilə qadınların uşaqlarında da özünə büruzə verib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir