Ofis işçilərini ayaqda tutan qidalar

Baxış sayı: 1. 439

Gün ərzində masa arxasında oturaraq keçirdiyimiz 8 saat bütün enerjimizi alır. Əsasən günortadan sonra kəskin enerji çatışmazlığı hiss edirik. Bəs, bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün nə etməli. Mütəxəssislər belə anlarda bir şey atışdırmağı məsləhət görür. Biz də “haberkita.com”a istinadən ofis işçilərinin yorğunluğunu götürən qidaların bəzilərini təqdim edirik.

Hər gün miqdarını aşmadan yeyəcəyiniz bir parça qara şokolad həm şirniyyat ehtiyacınızı qarşılayacaq, həm də beyninizi çalışdıracaq.

Kakaonun tərkibindəki flavodin maddəsi qanı sürətləndirərək beyinə daha tez çatmasını təmin edir və bununla daha oyaq, diqqətli işləyə bilərsiz.

Sitrus meyvələri. Qış aylarında günortadan sonra yeyəcəyiniz 2 ədəd naringi, ya da bir ədəd portağal həm güclü qoxusu sayəsində hisslərinizi oyandıracaq, həm də C vitamini sayəsində bədəninizi canlandıracaq. Portağal suyu da içə bilərsiz.

İş zamanı baş qaşımağa vaxt olmadığından, hərdən su içmək yaddan çıxır. Bundan da ən çox beyin zərər görür. Araşdırmalara görə, kifayət qədər su içməmək diqqət əskikliyinə və yaddaşın zəifləməsinə səbəb olur. Tez-tez su için.

Mineral su. Sizi həm canlandıracaq, həm də mədənizi rahatladacaq.

Qəhvə içmək də diqqət və enerji səviyyəsini artırır. Çay və qəhvə diqqətinizi işə cəmləşdirmənizə və məhsuldarlığınızın artmasına kömək edir. Yaşıl çay da içə bilərisiz.

Gündə bir ovuc badam yemək enerji verir. Badam mükəmməl E vitamin və lif qaynağıdır.

Özünüzü yorğun hiss etdiyiniz saatlarda çayla bərabər xurma yeyə bilərsiz. Hafizəni gücləndirir, tərkibindəki kalsium, potasium, dəmir, B vitamini ilə bədəni canlandırır.

Lif və C vitamin qaynağı olan alma yeyin.

Bir neçə ədəd qoz “Omeqa-3” sayəsində beyninizi bəsləyər, həm də depressiya ilə mübarizə aparar.

Bir ovuc fındıq da beyin yorğunluğunu azaldır.

İş yeriniz çox isti olursa, buzlu çay və qəhvə də içə bilərsiniz.

Mixək toxumu çeynəmək də duyğuları canlandırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir