robot

Bankir robot

Baxış sayı: 1. 914
Yaponiyanın Osaka şəhərindəki “Tokyo-Mitsubishi UFC” bankının şöbəsində Nao adlı insanabənzər robotun təqdimatı olub. “İct.lent.az”ın “Frans Press” agentliyinə istinadən məlumatına görə, bu robot iyulun 24-nə qədər işçi kimi sınaq müddətində olacaq. Bundan sonra isə bankda onun gələcək fəaliyyəti ilə bağlı qərar veriləcək.

Boyu 58 santimetr olan robot xidmət sahəsinə cəlb olunub. Banka gəlmiş müştərilər Naodan necə hesab açmağı soruşublar. Robot isə onlara bu prosedurun əsas detallarını izah edib.

Sağollaşarkən də müştərilərə “Zəhmət olmasa, banka müraciət ərizəsini doldurun” deyib. Bundan başqa, Nao müştəriləri əyləndirmək üçün bir az rəqs edə bilir.

Hazırda robot müştərilərlə yapon, çin, ingilis və fransız dillərində ünsiyyət qura bilir. Bank gələcəkdə Nao robotunun istifadəsi ilə bağlı qərar qəbul etsə, bu dillərin sayı artırılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir