idman

Sallaq qolları düzəldən İDMAN HƏRƏKƏTLƏRİ

Baxış sayı: 1. 717

Sallaq qollar göbək və ombadan sonra ən çox şikayət edilən bölgələr arasında yer alır. Əsasən doğuş, xəstəlik, dərman istifadəsi, ya da yaş ötməsi kimi amillərin səbəbi ilə kökəlmə nəticəsində sıx rastlanır. Qol sallanmalarını evdə edə biləcəyiniz sadə idman hərəkətləri ilə yox edə bilərsiz. “Gencaile.az” Aile.lent.az-a istinadən həmin idman hərəkətlərini təqdim edir.

Jim edirmiş kimi yerə paralel uzanın, əllərinizdən güc alaraq gövdənizin üst qismini yerə doğru itələyin və geri çəkin. Qarın əzələlərinizi sıxaraq dirsəklərinizi geridə tutun və bu hərəkəti 30 saniyəlik təkrarla hər gün mütləq 10 dəfə edin.

Evinizdəki stuldan dəstək alaraq stulun ucundan tutun. Ombanız masaya dəyməyəcək şəkildə ağırlığınızı əllərinizlə dəstəkləyin. Sol ayağınızı düz uzadın, digər ayağınızı yerdə 90 dərəcəlik səviyyədə bükün. Bu hərəkəti edərkən dirsəklərinizi geriyə doğru bükün və yavaşca ombanızı yerə endirin. Təkrar yuxarı qalxmaq üçün qollarınızı düzləşdirin, ayaqlarınızdan yardım almayın.

Sol və sağ qollarınızı ayrı-ayrılıqda istifadə edəcəyiniz bu idman hərəkətində ilk olaraq sol qolunuzu başınızın üstünə qaldırın və başınızın üzərində sağ çiyninizə doğru bükün  və sol dirsəyinizi sağ əlinizlə tutun. Əsnəmək üçün yavaşca dirsəyinizi sağ çiyninizə doğru çəkin. Bu hərəkəti hər dəfəsində 20 saniyə olmaqla 10 dəfə edin

Yerə üzüstə uzanaraq qollarınızı yanlara doğru açın, təyyarənin qanadları kimi yerdən yuxarı doğru qaldırın. Eyni zamanda ayaqlarınızı da qaldırın. Daha sonra qollarınızı önə doğru uzadaraq bu hərəkəti 15 dəfə təkrarlayın.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir