Çox sevirsiz, dərdindən olürsüz, dəli-divanəsiz və itirmək istəmirsiz… Məhz bu qədər sevdiyiniz üçün nə etməli, nə etməməli olduğunuzu bilmirsiz. “Gencaile.az” Aile.lent.az-a istinadən kişini 14 addımda özünə bağlamağın yollarını təqdim edir.
Pozitiv ol: Heç bir kişi həmişə yanında mızıldanan, hər şeydə qüsur tapan bir xanım istəməz. Pozitiv olan, olduğu yerdən zövq alan və gülər üzlü qızları daha çox xoşlayarlar.
Səmimi olmaqdan utanma: Ona qarşı duyğularını bəlli etmək səni kiçiltməz. Uzun müddət baxışıb hələ də tanışlıq üçün yaxınlaşmayıbsa, ilk addımı sən ata bilərsən.
Özünə güvən: Heç bir şey özgüvən qədər xarizmaik ola bilməz. Dostlarının fikirləri ilə addım atmağı kənara qoy və özünə nə qədər güvəndiyini ona göstər.
Təqlidçi olma: Onun diqqətini çəkmək istəyirsənsə, başqası deyil, geyim tərzinlə, davranışlarınla, hər şeyinlə özün ol.
Ədəb davranış qaydalarına əməl et: Həddən çox qəhqəhə çəkməklə, arqo ifadələr işlətmək və saqqızı şişirtməklə olsan-olsan, ancaq onun dostu ola bilərsən.
Çox makiyaj etmə: Yoxsa hər kəsin diqqətini çəkmək istəyən, özünə güvənməyən bir qız təəssüratı yaradarsan.
Dostlarını yaxşı seç: Şəhərin çox “fırladılan” qızları ilə dost olsan, bəribaşdan itirə bilərsən.
Özünü inkişaf etdir: Onunla birlikdəykən danışmağa bir kəlmə tapa bilmirsənsə, onda sizdə alınmayacaq. Xarici görünüşün qədər intellektual inkişafına da vaxt ayır. Bol-bol kitab oxu. Teatra get, futbolla bağlı fikirlərinlə onu təəccübləndir.
“Cool” ol: Kiməsə əhəmiyyət vermə, özündən əmin və güvənli qızlar daha çox diqqət çıkir. Əgər bunu bacarmırsansa, səssiz ol, bununla da onun diqqətini çəkə bilərsən
Kompleksli olma: Bəzən özündə qüsur kimi gördüyün şeylər onun xoşuna gələ bilər. Aralı dişlərinı, iri qulaqlarını, yekə dodaqlarını kompleks etmək yerinə bunları sev və səni fərqli edən özəllikər kimi qəbul et.
Mənalı bax. Baxışlarınla onu ye demirik. Ona ondan xoşlandığını ifadə edən baxışla bax.
Hər zaman baxımlı ol. Bu, sadəcə həmişə makiyaj et anlamına gəlmir. Saç, manikür və pedikürün həmişə yerində olsun.
Dostları ilə yaxşı münasibət qur. Xüsusən ən yaxın dostu ilə.
Təbii ol: Nə etsən də, təbii olmağı unutma. Bunu bacarmasan, heç nəyə də çalışma. Əgər səni təbii halınla bəyənməyəcəyini düşünürsənsə, yanılırsan. Kişilər elə hey nəzakətli davranan qadınlardansa, arada bir söyüş söyən, həddi aşmamaq şərtilə baxımsız qadınlardan xoşlandıqlarını etiraf ediblər.