Ruzanna Besirova

Ad günü keçirməyin fərqli xərcləri

Baxış sayı: 536

Ad günü ilə bağlı xərcləri iki qrupa ayırmaq olar: ad gününü təşkil edən şəxsin xərcləri və ad gününə qonaq gedən şəxsin xərcləri.

İlk növbədə, ad gününü qeyd edən şəxslərin seçimlərinə və məclisin formatına uyğun xərclərə nəzər salaq. Görək, bu xərcləri necə optimallaşdırmaq olar.

Ad gününü qeyd edən şəxsləri məclisə dəvət etdikləri insanlara görə bir neçə qrupa ayırmaq mümkündür:

* Ad gününü ailəsi ilə qeyd edənlər;

* Ailəsi və qohumları ilə qeyd edənlər;

* Ailəsi, qohumları və dostları ilə qeyd edənlər;

* Dostları ilə qeyd edənlər;

* Dostları və iş kollektivi ilə qeyd edənlər;

* Yalnız iş kollektivi ilə qeyd edənlər.

meclis

Bu qrupların hər birinin özünəməxsus xərcləri var. Hətta hər qrup daxilində də fərqli seçimlərə rast gəlinir. Məsələn, ad gününü ailəsi ilə qeyd edənlər məclisi evdə, restoranda sadə şəkildə və ya restoranda dəbdəbəli formada təşkil edə bilərlər.

Bu seçimlər arasında ən az xərc tələb edən variant ad gününü ailəsi ilə evdə, sadə şəkildə qeyd etməkdir. Ən çox xərc isə, adətən, restoranda dəbdəbəli məclis təşkil edildikdə yaranır.

Xərcləri azaltmaq üçün restoran seçərkən onun təklif etdiyi xidmətlərə diqqət yetirmək olar. Məsələn, canlı musiqi və əyləncə proqramı restoranın xidmət paketinə daxildirsə, əlavə musiqiçi və ya müğənni dəvət etməyə ehtiyac qalmaya bilər. Sevdiyiniz müğənninin və ya orkestrin çıxış etdiyi məkanı seçmək də əyləncə üçün əlavə xərc çəkməyin qarşısını ala bilər.

Ailə və qohumlarla qeyd olunan ad günləri də evdə və restoranda təşkil edilən məclislər olmaqla iki yerə bölünür. Evdə keçirilən ad günləri, bir qayda olaraq, daha az xərc tələb edir. Restoranda təşkil olunan məclislər isə daha böyük büdcə tələb edə bilər. Bununla belə, xərclərin miqdarı şəxsin seçimlərindən, qonaqların sayından və məclisin formatından asılıdır.

Ailə, qohumlar və dostlarla qeyd edilən ad günləri adətən restoranlarda təşkil olunur. Belə məclislərdə xərcləri optimallaşdırmaq üçün restoranların set menyularına üstünlük vermək məqsədəuyğundur. Bu seçim sifarişlərin əvvəlcədən planlaşdırılmasına və büdcəyə nəzarət etməyə kömək edə bilər.

ad gunu

Dostlarla qeyd edilən ad günləri isə, büdcəsindən asılı olmayaraq, adətən ən əyləncəli məclislərdən biri olur. Belə tədbirlərdə yemək və içkilərlə yanaşı, əyləncəyə də xüsusi diqqət yetirilir. Buna görə də məkan seçərkən həm qiymətləri, həm də təklif olunan əyləncə imkanlarını nəzərə almaq vacibdir.

Dostlar və iş kollektivi ilə qeyd edilən ad günləri həm rəsmi, həm də əyləncəli xarakter daşıya bilər. Bu cür məclislərin xərcləri iş yoldaşları ilə dostların bir-birinə nə dərəcədə uyğunlaşmasından, iştirakçıların sayından və tədbirin təşkil olunma formasından asılı olaraq dəyişir.

İş kollektivi ilə qeyd edilən ad günlərinin xərcləri də kollektivdəki münasibətlərdən asılıdır. Daha rəsmi kollektivlərdə əsas xərc qidalanmaya yönələ bilər. Səmimi münasibətlərin olduğu kollektivlərdə isə əyləncə də məclisin mühüm hissəsinə çevrilə bilər.

Ad gününü fərqli və yaddaqalan şəkildə qeyd etmək istəyənlər də var. Belə insanlar ənənəvi məclislər əvəzinə daha fərqli seçimlər edə bilərlər. Məsələn, hava şəraiti əlverişli olduqda, səkkiz nəfərlik yaxta turu ilə doğum gününü daha özəl və yaddaqalan etmək mümkündür. Əlbəttə, belə seçimlər edərkən iştirakçıların sayı ilə yanaşı, büdcəni də nəzərə almaq lazımdır.

Ad günü təşkil edilərkən nəzərə alınmalı olan digər xərclər də var. Dekorasiya, fotosessiya, tort və geyim üçün ayrılan vəsait ümumi büdcəyə təsir göstərir. Bu xərcləri necə planlaşdırmaq və optimallaşdırmaq barədə isə növbəti yazıda danışacağıq.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir