Vaginal göbələk infeksiyası – SƏBƏBLƏRİ VƏ ƏLAMƏTLƏRİ

Baxış sayı: 48. 374

Vaginal göbələk infeksiyası nədir? Səbəbləri nələrdir? Müalicəsi necədir? “Gencaile.az”ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu yazıda hər qadının həyatında bir dəfə belə olsa, yaşadığı bu problemlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiz.

Vaginal göbələk infeksiyası əsasən yay aylarında havanın isinməsi və cinsi bölgənin nəmli qalması ilə dolayı daha sıx yaşanır. Qadınların hər biri həyatlarında ən az bir dəfə bu problemlə qarşılaşıb.

Vaginal axıntı, vaginanın qaşınması və göynəmə kimi şikayətləriniz varsa, vaginal göbələk infeksiyasından şübhələnməlisiz.

Vaginal göbələyin səbəbləri?

Ən mühüm səbəbi cinsi bölgənin nəm və sulu qalmasıdır. Bundan başqa antibiotik istifadəsi, hamiləlik və şəkər kimi bəzi xəstəliklər zamanı vaginal göbələyin görülmə sıxlığı daha yüksəkdir. Pambıq olmayan sintetik alt paltarı, cinsi bölgənin havasız qalması və dar şalvarlar da vaginal göbələk riskini artırır.

Vaginal göbələyin əlamətləri

Cinsi bölgədə yaşanan qaşıntı və göynəmə vaginal göbələk infeksiyasının ən sıx rastlanan əlaməti hesab olunur. Qaşıntı çox şiddətli yaşanır. Bundan başqa qoxusuz və ağ rəngli axıntı da gəlir. İnfeksiyanın ən ağır dərəcəsində göynəmə və cinsi yaxınlıq zamanı ağrı da yaşanır.

Müalicəsi necə olur?

Vaginal şam, krem və bəzi hallarda dərman istifadəsi tövsiyə edilir.

Bir neçə gün ərzində şikayətlər azalır.

Vaginal göbələyin qarşısını almaq üçün bunları edin:

Cinsi bölgəni nəm saxlamayın.

Pambıq alt paltarı geyinin.

Cinsi bölgənin təmizliyi üçün, ətirli ya başqa kosmetik vəsaitlər istifadə etməyin. Məxsusi

hazırlanmış sabun istifadə edə bilərsiz.

Dənizdən çıxdıqdan sonra nəm bikinini əyninizdə çox saxlamayın.

Hovuzda üzdükdən sonra mütləq çimin.




5 şərh “Vaginal göbələk infeksiyası – SƏBƏBLƏRİ VƏ ƏLAMƏTLƏRİ

      1. Esedova

        Salam,xanim. Mende de var idi bele bir problem amma indi demek olar ki azalib,cox sukur. Hec ne qalmayib)) Menden size meslehet-ilk novbede temizliyinize diqqet edin,tualete girende mutleq yuyunun hemise,her gun alt paltarlarinizi deyisin,utulenmis alt paltari geyinin. Eger imkan varsa,gunde 2 defe deyisin. Men bununla cox mubarize aparmisam hekime getmeden. Demek defne yarpagini(lavrorizi)qaynadin cay kimi deme qoyun, hem icin onu,hem de yuyunun. Imkan varsa, gunde defe yuyunun,amma cox icmek olmaz onu gunde 1 defe. Duzdu dadi o qeder de yaxsi deyil medeye ziyandi bir az men icende medemi agridir. Men 6-7 gun istifade etdim sukur neticesinide gordum. Daha sonra calisin sabun istifade etmeyesiniz ve en esasida cinsi bolgede olan tukleri temizleyin. Mensturasiya zamani temizliyinize diqqet edin yuynun. Ona qarsi derman klotrimazol dermani var aptekde olur,3 manatdi onu istifade edin xeyri olacaq)) etdiklermi size yazdm Allah komeyiniz olsun..

        Cavabla
  1. senan

    menim 5 il olar sag teref apensit bolgesi agrayir hekime gedmisem her defesinde deyib grija var divarlari tutub bu grija ola bilermi xaiw bir hel yolu deyin sagolun

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir