komputer

Kompüter istifadəçiləri özlərini bu xəstəliklərdən qorusun – SİYAHI

Baxış sayı: 1. 526

İşləyənlərin bütün günü kompüter qarşısında oturması, kompüterin həddən çox və yanlış istifadəsi sağlamlıq problemlərinə yol açır. Bu xəstəliklərə qarşı tədbirlər görülməzsə, sağalma müddəti gecikir və xəstəlik xronikiləşir. “Gencaile.az” Aile.lent.az-a istinadən kompüter istifadəçilərini təhdid edən 4 xəstəliyi təqdim edir.

Boyun yırtığı

Kompüterdən çox istifadə edildiyi üçün boyundan başlayan və qola doğru uzanan ağrılar gücsüzlük və keyimə ilə birgə yaşanarsa, bu, boyun yırtığına işarə edir. Kompüterdə çalışarkən uzun müddət eyni sabit vəziyyətdə durmaq bu problemə yol açır.

Miyofasiyal ağrı sindromu

Uzun müddət sabit vəziyyətdə oturaraq işləməli olanlarda bel əzələlərində miyofasiyel ağrı sindromu ortaya çıxır. Bu sindrom əsasən bel və kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur.

Tendinit

Dirsək və əl-bilək ətrafında fərqli tendinit tabloları ortaya çıxa bilər. Kompüterdə işləyərkən bilək hissəni yuxarıda saxlamaq əl və bilək ətrafında ağrıya səbəb olur.

Qapalı tunel sindromu 

Əl və biləyin çox istifadəsi əllərdə gecələr keyiməyə səbəb olan qapalı tunel sindromuna yol açır. Uzun müddət bu şikayət davam edərsə, əl əzələlərində gücsüzlük və ərimə meydana gəlir.

Bu xəstəliklərə nələr səbəb olur?

Uzun müddət təkrarlayıcı hərəkətlər etmək

Düzgün oturmamaq

Uzun müddət sabit bir vəziyyətdə oturmaq

Bəzən həddən çox güc sərf etmək

Klaviatura düymələrini möhkəm basmaq, siçanı möhkəm tutmaq

Otaqda pis havalandırma

İşlərdən razı qalmamaq, monoton işləmək

Ağır iş və məsuliyyətlər

İş yerində dəstəyin az olması

Siqaret istifadəsi və yaşlılıq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir