robot

İcarəyə robot verilir!

Baxış sayı: 1. 314

Yaponiyanın “SoftBank” telekommunikasiya şirkəti “Pepper” robotu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. “İctnews”un məlumata görə, “Pepper” robotu ilk növbədə insanlarla ünsiyyət saxlamaq üçün yaradılıb. Bu robot əyləndirə, tərbiyələndirə, öyrədə, kömək edə və sadəcə, insanla söhbət edə bilir. Zaman keçdikcə, robot daha “ağıllı” olur, çünki bu seriyaya məxsus bütün robotlar üçün ümumi “beyin” rolunu yerinə yetirən serverlər “bulud” sisteminə qoşulub.

Ötən ay Çinin “Alibaba” və “Foxconn” şirkətləri “SoftBank”ın robot texnikası ilə məşğul olan bölməsinə 236 milyon dollar sərmayə yatırıblar. Tərəfdaşlar yaxın vaxtlarda “Pepper” robotunu və yapon şirkətinin başqa məhsulunu dünya bazarına çıxarmağı planlaşdırır.

İndi “SoftBank” telekommunikasiya şirkəti “Pepper” robotunun biznes versiyasını təqdim edir. “Pepper for Biz” müxtəlif ictimai müəssisə, mağaza, kafe, mehmanxana, klinikalarda istifadə üçün nəzərdə tutulub. Sahibkarlar 440 dollar ödəməklə, robotu bir aylığına kirayələyə bilərlər.