Ata olmağa tələsməyin!

Baxış sayı: 1. 567

Finlandiyanın Helsinki Universitetinin alimlərinin apardıqları araşdırmada 30 mindən çox kişi iştirak edib. İştirakçıların səhhəti və təhsil səviyyəsi nəzərə alınaraq aparılan araşdırmalar nəticəsində məlum olub ki, son 20 ildə 22-24 yaş aralığında ilk uşaqları dünyaya gətirən ataların ölüm riski digərlərinə nisbətən 14% daha çoxdur. Araşdırmaçıların sözlərinə görə, 30-44 yaşlarında ilk dəfə ata olanların ölüm riski 25 yaşda ata olanlardan 25% daha azdır. En yüksək ölüm riski 22 yaşında ata olanlara aiddir. Araşdırma aparıldığı müddətdə hər 20 kişidən biri həyatını itirib. Onların əsas ölüm səbəbləri isə 21% ürək xəstəlikləri, 16% spirtli içki içmələridir. Alimlərin sözlərinə görə, gənc yaşda ata olanlar stressə tab gətirmədikləri üçün həyatlarını itirirlər. Araşdırmanın nəticələri “Journal of Epidemiology and Community Health” jurnalında yayımlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir