Kök kişilər xanımına daha sədaqətli olur?

Baxış sayı: 1. 538
Böyük Britaniyadan olan alimlər belə bir sual ətrafında araşdırma aparıblar: görəsən, faktorlar arasında hansı biri kişinin öz həyat yoldaşına sədaqətinə ən çox təsir edir? 
“Gencaile.az” xarici mənbəyə istinadən xəbər verir ki, cavab tapılıb – Artıq çəki!
Təhqiqatda 24-45 yaş arası 5000 nəfərdən çox adam iştirak edib. Sorğu nəticəsində məlum olub ki, qədd-qamətli respondentlərin 80%-dən çoxu “sol” gedib. Kök ərlər arasında isə bu rəqəm cəmi 16% olub.
Təhqiqatçılar bildirib ki, bəlkə elə buna görə bu gün qadınları güclü cinsin məhz dolu nümayəndələri cəlb edir. Hər halda, başqa bir sorğu göstərib ki, qadınların 60%-i üçün gələcək adaxlının “pivə qarınlı”sı daha cəlbedicidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir