musiqi

Musiqi əməliyyat zamanı ağrıları azaldır?

Baxış sayı: 1. 897
Əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləmək ağrıları azaldır. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə ingilis elm adamları gəliblər.
Alimlər apardığı araşdırmaların nəticəsində əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləyən xəstələrin ağrısının daha az olduğunu və sağalma dövrünü daha asan keçirdiklərini müəyyən ediblər.
Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər. Xəstələrin bəziləri musiqinin ağrıları azaltdığını, bəziləri isə rahatladıcı təsirinin olduğunu qeyd ediblər. Eyni zamanda, musiqinin əməliyyatdan sonrakı narahatlığı də azaltdığı müəyyən olunub.
Elm adamları, həmçinin anesteziya zamanı da musiqinin müsbət təsir göstərdiyini sübuta yetiriblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir