Alimlər heç nə etmədən arıqlamaq üsulu tapdılar

Baxış sayı: 1. 694

Amerikalı alimlər heç bir fəaliyyət tələb etməyən inqilabi arıqlamaq üsulu tapıblar. Piy hüceyrələrində olan “genetik çevirici” sayəsində yatanda belə arıqlamaq olacaq.

Massaçusets Texnologiya İnstitutunun alimləri laboratoriya siçanları üzərində təcrübə aparıblar. Piy hüceyrələrinin genində dəyişiklik etməklə alimlər metobolizmi sürətləndirə biliblər ki, bu da, əlavə piy qatının azalmasına səbəb olub.

Təcrübələrin yekunlarına əsasən, siçanlar qəbul etdikləri qidanı azaltmadan və fiziki aktivliklərini artırmadan çəkilərinin yarısını itiriblər.

Tədqiqata başçılıq edən professor Manolisa Kelis bildirib ki, insanın piy hüceyrələrinin öyrənilməsi piy qatının azalma prosesinin insanlarda da eyni şəkildə getdiyini göstərib.

Alimlərin fikrincə, bu kəşf piylənmədən müalicə sahəsində sıçrayış ola bilər.

“HealthDay Reporter” jurnalının məlumatına əsasən, hazırda dünyada piylənmədən 500 milyondan çox insan əziyyət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir