K

Karbon pilinq nədir? – KOSMETOLOQ DANIŞIR

Baxış sayı: 13. 064

Dərinizdəki ləkələrdən xilas olmaq istəyirsiniz? Kosmetologiya sahəsində yeni metod olan karbon pilinq üsulundan faydalana bilərsiz.

Həkim – kosmetoloq Xariqə Quliyeva karbon pilinq və onun hansı problemlər üçün istifadə edilməsi haqqında Ailə.Lent.az-a danışıb.

Karbon pilinq – dərinin heç bir soyma əməliyyatına məruz qoymadan yüksək tezlikli lazer dalğaları ilə sinxron edilən üsuldur. Karbon pilinqdə bütün üz dərisinə karbon kremi çəkilir. 10 dəqiqə sonra üzə lazer tətbiqi başlanılır. “Pilinq” sözü soyma əməliyyatını yada salsa da bu prosedurda qətiyyən soyma yoxdur. Karbon pilinq ilə dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı və dəri sallanmaları aradan götürülür. Ağrısız və iynəsiz olduğu üçün bir çox qadınlar karbon pilinq üsulunu seçir.

Həkim-kosmetoloq qeyd edir ki, prosedurun ilk mərhələsində istifadə edilən karbon krem lazım olan enerjinin dəridə ən yüksək səviyyədə əmələ gəlməsini təmin edir. Xüsusi hazırlanmış krem lazer şüaları verilən zaman temperatur yüksəlir, üzdəki dəri təbəqəsinin karbonla birlikdə tez buxarlanması və qalxmasını təmin edir. Eyni zamanda, lazerin hüceyrə yenilənməsini təmin edən foto aktivləşmə təsirini reallaşdırır.

X. Quliyeva prosedur yeklunlaşdıqda dəridə gündəlik həyata təsir edən heç bir iz qalmadığını da əlavə etdi: “Müalicədən sonra dərinin hamarlığı və parlaqlığı müşahidə edilir. Ləkələr açılır, açılmış məsamələrdə dərhal daralma müşahidə olunur. Bir müddət keçdikdən sonra isə ləkələr açılmağa davam edir, dərinin terminallaşdırılması artır, elastiklik və yığılma kimi müsbət dəyişikliklər hiss olunur. Karbon pilinq 1-2 həftə ara verməklə tətbiq olunur. Müalicə dəridəki yağ tarazlığını təmin edir və xüsusilə civzə müalicəsini müvəffəqiyyətlə həyata keçirir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir