Kakao deyəndə çoxumuzun ağlına şokolad gəlir. Ləziz tərkibi, özünə xas iştahaçıcı qoxusu və heyranedici rəngi sayəsində kakao depressiya və stress kimi halları aradan qaldırır, yüksək əhval-ruhiyyə yaradır. Kakao sağlamlıq və gözəllik məqsədilə istifadə edilən olduqca faydalı yağdır. Bu, kakao ağacının meyvəsindən əldə edilən və keyfiyyətini uzun müddət itirməyən yağdır.
Şokolad başda olmaqla, qida sektorunda bir çox məhsulun hazırlanmasında istifadə edilən kakao yağı antioksidant xüsusiyyətinə görə dəriyə qulluq zamanı, bir çox kosmetik məhsulların tərkibində istifadə edilir. Kakao nəmləndirici xüsusiyyəti hesabına dəri yaralarını yaxşılaşdırır və dəriyə hamar görünüş bəxş edir.