priuchat-k-ruchkam

Dünyanın ən qəribə həqiqətləri

Baxış sayı: 1. 393

– 1932-ci ildə Braziliya hökuməti atletlərini olimpiadalara göndərəcək pulu olmadığı üçün olimpiadaya gedən gəmini qəhvə ilə doldurub yolda bu qəhvələri sataraq pul əldə etmişdir.

– Aparılan bir araşdırmaya görə, qadınları ən çox cəzb edən qoxu şəkər və xiyar qarışığının qoxusudur.

– Yaponiyada sumo güləşçisinin körpəni ağlatması yaxşı şans gətirəcəyinə işarədir.

– Bir çox itin ayağı qarğıdalı cipsi kimi iy verir.

– 1999-cu ildə Amerika hökuməti Zapruder ailəsinə Prezident Kennedinin sui-qəsd filmi üçün 16 milyon dollar ödəmişdi.

– Stefn Hillenburq “Sünger Bob” cizgi filmini yazmazdan əvvəl dəniz biologiyası müəllimi kimi fəaliyyət göstərirdi.

– Amerikanın ən sevilən yeməyi şəkərdir. Avropada isə pendir.

– 1986-ci ildə ABŞ-ın texnologiya nəhəngi “Apple” öz paltarlarını bazara çıxarmışdır.

– Su samurları yatarkən bir-birilərini itirməmək üçün əl-ələ tutuşurlar.

– Şotlandlardan birini təqdim edəcəyiniz zaman adını xatırlamırsınızsa, “Tartle” deyə bilərsiniz.

– 1900 və 1920-ci illərdə kəndir çəkmə bir olimpiada oyunu hesab edilirdi.

– Bir körpə 1 yaşında valideynlərinə illik 750 saat yuxusuzluq yaşada bilir.

– Hammurabi qanunlarından birinə görə, piyvəyə su qatanların öldürülməsi əmr edilirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir