Ana qızına görə 3 oğlunu öldürdü

Baxış sayı: 1. 458

ABŞ-da ana qızına görə oğullarını öldürüb. 23 yaşlı Brittani Pilkinqton etiraf edib ki, 13 ay ərzində üç oğlunu qətlə yetirib və hazırda ölüm hökmündən qaçmağa çalışır. Faciə Ohayo ştatın Belfonteyn şəhərində baş verib. Cinayətin üstü yalnız 2015-ci ilin avqust ayının ortasında açılıb. Hazırda iş məhkəmə təhqiqatı mərhələsindədir. Brittanı Pilkinqton uşaqlarını yatarkən boğub. Əvvəlcə 2014-cü il iyulun 22-də Nayeli öldürüb, 2015-ci ilin aprel ayında Kevini və avqustda Noanı qətlə yetirib. Qatil özü polis çağırıb və bildirib ki, Noanın nəfəsi kəsilib. Brittani Pilkinqton polis tərəfindən saxlanılıb. Dindirilmə zamanı qadın qatil olduğunu boynuna alıb. Ana oğullarının qətlini onunla əsaslandırıb ki, onun əri oğlanlarına daha çox diqqət ayırıb, nəinki onların üçyaşlı qızına. Qadının vəkilləri isə psixi pozğunluq səbəbindən onun günahsız olduğuna təkid edirlər. Ohayo ştatının qanunlarına əsasən, Brittaniyə ölüm  hökmü çıxarıla bilər. Lakin qadına ölüm hökmü oxunmaya da bilər. Buna səbəb qatilin psixi pozğunluqdan əziyyət çəkməsi göstərilir.