qirmizi_kuru

Kimə qırmızı kürü yemək olmaz?

Baxış sayı: 3. 042

Hazırcavab oxucu deyər ki: “pulu olmayana”. Amma pulu olub da, qırmızı kürü xoşlayanların da hamısına onu yemək olmaz.qirmizi_kuru

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bədəni şişən insanlar, ateroskleroza meylli olanlar, hipertoniya (yüksək təzyiq) və işemik xəstəliyi olanlara qırmızı kürü yemək məsləhət bilinmir.  Kürü hazırlanarkən çoxlu duzdan istifadə olunur, bu da böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Başqa bir ziyan isə onu birlikdə istemal edildiyi ağ çörək və kərə yağından gəlir: kalorisi çox olur. Yəni qırmızı kürülü gözəl kanapelər, buterbrodlar əslində ağır yeməkdir, orqanizmi yükləyir, həzm prosesini korlayır və sağlamlıq üçün təhlükədir.

Qeyd etmək lazımdır ki, son zamanlar bazarda bu ərzağın saxtası geniş yayılıb. Onun hazırlanmasında istifadə olunan və saxlama müddətini artıran konservantlar isə qaraciyərin evini yıxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir