Süd uşaqlarda qanazlığı yarada bilər

Baxış sayı: 1. 667

Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir.

Məhz bu səbəbdən analar uşaqlara israrla  süd içizdirməyə çalışır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stəkandan artıq süd içən uşağın  qanında dəmirin səviyyəsi düşür.

Dəmir qan sisteminiz üçün olduqca vacib elementdir. Qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibində xüsusi zülal hemoqlobin var. Hemoqlobin orqanizmdə çox vacib funksiyanı yerinə yetirir – oksigeni orqanizm boyu daşıyır və bütün hüceyrələrə çatdırır. Oksigensiz orqanizmdə gedən bir çox proseslər mümkün deyil. Ümumillikdə oksigensiz insan yaşaya bilməz. Dəmir hemoqlobinin tərkibinə daxildir və dəmir olmadan hemoqlobin öz transport funksiyasını yerinə yetirə bilmir.

Dəmir orqanizmə daim daxil olmalıdır. Dəmirin səviyyəsi aşağı düşdükdə orqanizm oksgenlə pis təmin olunmağa başlayır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Böyüməkdə olan uşaq orqanizmi üçün hemoqlobinin normal səviyyəsi xüsusilə vacibdir.

Gün ərzində südün 2 stəkandan artıq miqdarda qəbulu qanda dəmirin səviyyəsini aşağı salır. Uşaq nə qədər çox süd içərsə, dəmirin səviyyəsi də bir o qədər çox düşəcək.

Beləliklə, gün ərzində uşağa 2 stəkandan artıq süd vermək tövsiyə edilmir. Uşağın qidalanmasında südün miqdarını azaldıb, kəsmik, təbii yoqurt, kefir kimi məhsullarının miqdarını artırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir