Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar sağlamlıq üçün ən yaxşı vasitələrdəndir. Təbii vasitələr sintetik vasitələrədən daha təhlükəsizdir. Həmçinin ucuz başa gəlir.
Soğan möcüzəli bir tərəvəzdir.
Öskürmə:
Soğan suyu öskürək əleyhinə ən effektli siropdur. Ancaq qoxusuna və dadına görə bir çox insanlar soğan suyundan qaçırlar. Bu halda ən yaxşı üsul soğan parçasını qulağa qoymaqdır. Bununla həm arzuolunmaz hesab etdiyiniz daddan xilas olar, həm də xəstəlikdən qurtulmuş olarsınız.
Soğan suyu temperaturun aşağı düşməsinə də kömək edir:
Bu üsulu əsasən uşaqlara tətbiq etmək yaxşı olardı. Uşaqda temperatur qalxdıqda, soğan əzilib suyu üzüm ya alma sirkəsi ilə qatışdırılır. Sonra isə uşağın corabını bu məhlulla isladıb, ayağına geyindirmək lazımdır. 10- 15 dəqiqəyə istilik düşəcək.
Üşütmə:
Çox üşümüsünüzsə, çiy soğan yemək canınıza hərarət gətirəcək. Bir neçə saatdan sonra isindiyinizi hiss edəcəksiniz.
Qulaqda və başda ağrı:
Qulaq ağrısından xəbəri olanlar bilir, bunun necə ağrı olduğunu. Qulağın iltihabı zamanı soğan parçasının qulağa qoyulması yaxşı effekt verəcək. Başınızda miqren ağrısı varsa, bu üsulu axşam yatmazdan öncə etmək məsləhətdir. Axşamdan səhərə kimi soğan parçasının qulaqda saxlanılması məsləhətdir.
Qanı dayandırır:
Əlinizi kəsmisinizsə, kəsilən yerə soğan parçası qoyub bağlamaq qanı dayandıracaq.
Soğan çapıqları azaldır:
Soğanın köməkliyi ilə çapıqların ölçülərini kiçiltmək olar. Bunun üçün soğan suyu ilə davamlı olaraq çapıqları silmək lazımdır.
Soğan iltihabı sorur:
Bədəndən infeksiyanı çıxarmaq üçün soğandan məlhəm hazırlamaq olar:
Süd bişirilir içinə 1 dilim ağ çörək qoyulur.
Soğan rəndədən keçirilir çörəyin üzərinə tökülür.
Bunlar məlhəm olana kimi qarışdırırlır.
İnfeksiya düşmüş yerə yaxılır. Bağlanılır.
2-2.5 saat saxlanılır.
İnfeksiyadan qurtulana kimi bu proseduru davam etmək məsləhətdir.
Göynəmə ilə mübarizə:
Günəş yanğısı xoşa gələn hal deyil. Soğan suyu ilə isladılmış əskini 2 dəqiqəlik göynəmənin üzərinə qoyulması, yaxşı effekt verir. Sonra isə göynəyən yerin üzərinə yumurta ağı çəkmək həm ağrını sakitləşdirəcək, həm də çapıq qalmağa qoymayacaq
Arı sancması:
Sizi arı sancıbsa, həmin yeri sıxın, sonra üzərinə ağ soğan parçası qoyun. Bu ağrını azaladacaq , zəhəri məhv edəcək və dərini qıcıqlanmağa qoymayacaq.
Tahirə