Qırışlara qarşı qoz yağı – Maska

Baxış sayı: 2. 121

İşlənmə müddəti qısa olduğu üçün yeməklərdə bir o qədər də istifadə edilməyən, ancaq ürək xəstəliklərinin qarşısının alınması, dərini nəmləndirmə, saç baxımı, xolesterolu aşağı salma kimi bir çox faydası olan qoz yağını həm də qırışlar əleyhinə istifadə edə biləcəyinizi bilirsizmi ? “Gencaile.az” Aile.lent.az-a istinadən qoz yağının dəri gözəlliyi üçün istifadə qaydasını təqdim edir.

Qoz yağı nəmləndirici təsiri sayəsində dəridə meydana gələn qurumalara qarşı istifadə edilə bilər. Qırışların qarşısına keçərək yaşlanmış dərilərin yenilənməsini təmin edir.

Əsasən tərkibindəki linoleik sayəsində göz ətrafında meydana gələn qırışlara tətbiq edildiyində olduqca təsirlidir.

Göz ətrafındakı qırışlara qarşı pambığa tökəcəyiniz bir miqdar qoz yağını göz ətrafına tətbiq edin. 1.5 -2 saata qədər gözlədikdən sonra yaxşıca üzünüzü yuyun. Dərinizdəki yumşalmanı, parlaqlığı və qırışların azaldığını görəcəksiz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir