sahmm-

Şamı nədən hazırlayırlar?

Baxış sayı: 1. 664

Qədim zamanlarda Çində və Yaponiyada şamı arı mumundan hazırllayırdılar. Onlar təbii məhsuldan hazırlandığına görə ən faydalı şamlar hesab olunublar. Bu şamlar yanarkən antibakterial təsirə malik xüsusi maddələr yaranır, mumun qoxusu isə sakitləşdirici təsir göstərib, əhval-ruhiyyəni yüksəldir.

XVIII əsrdə şamları heyvan piylərindən hazırlayıblar. Belə şamlar çox parlaq alovla yanırlar. Lakin onlar çox baha başa gəldiklərinə görə, XIX əsrdə şamları spermasetdən-köpək balığının beynində olan maddələrdən hazırlamağa başladılar.

Bu şamlar da çox parlaq alovlu olublar. Lakin insanlar köpək balığı kimi nadir heyvanı qırıb axırlarına çıxacaqlarından ehtiyat edərək, ondan əl çəkiblər. Bundan sonra kimyaçılar sterain adlı maddə ala bildilər. Bu maddə piydən möhkəm olur və daha yaxşı yanır. Stearini hələ indiyə qədər kremlə, sabunla əlavə edirlər.

İndiki dövrdə isə şamları daha çox parafindən-neftdən alınan maddən hazırlayırlar. O, daha ucuz başa gəlir. Parafin təbii maddə olmasa da, onunla da müalicə olunmaq mümkündür. Xalq təbabətində parafindən arı mumu kimi geniş istifadə olunur. Bir sözlə, müalicə üçün istənilən şam köməyinzə gələ bilər. Ancaq bir şərtləki, onların tərkibində kimyəvi boya və ətirləndirici olmasın.

Yarasağaldıcı Mum Məlhəmi
Yaranın tez bir zamanda sağalması üçün məlhəmi belə hazırlayırlar: bərabər hissədə mum, küknar qətranı və bitki yağı götürün. Bitki yağını vam odda qızdırıb, küknar qətarnını, mumu içinə atın. Onları tam həll olandan sonra tünd rəngli şüşə qaba tökün, ağzını bağlayıb, sərin yerdə saxlayın. Bu məlhəm illərlə öz müalicəvi xüsusiyyətini itirmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir