markes_gabriel_garsia_070915

FTB Qabriel Qarsiya Markesi 24 il niyə izləyib?

Baxış sayı: 1. 666

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesi 24 il izləyib. Bu barədə Trend “Washington Post” qəzetinə istinadən məlumat verir.

Kubanın “Prensa Latina” informasiya agentliyinin əməkdaşı kimi həyat yoldaşı və oğlu ilə Nyu Yorka gələn yazıçının təqibinə 1961-ci ildə başlanıb. Buna Q.Q.Markesin Kuba Prezidenti Fidel Kastro ilə dostluq münasibətlərinin olması səbəb olub.

Yazıçının izlənməsi ilə bağlı əmri FTB-nin o vaxtkı rəhbəri Edqar Quver verib.

Qəzetin xahişi ilə FTB 24 il ərzində yığılan sənədlərin yalnız 137 səhifəsini ictimaiyyətə açıqlamağa razı olub. Daha 133 səhifə məxfi olaraq qalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir