Xərçəngə qarşı vasitə tapıldı

Baxış sayı: 1. 391

Ağrıkəsicilərin xərçəng xəstələrinə faydalı olduğu üzə çıxıb. Belə ki, İngiltərədə aparılan araşdırmalar ağrıkəsicilərin xərçəngə qarşı ən təsirli vasitələrdən biri ola biləcəyini sübut edib.

Londonlu professor Reiz Sousanın rəhbərlik etdiyi araşdırma göstərib ki, ağrıkəsicilər xərçəng hüceyrələrindəki “prostagladin” adlı molekulları məhv edir. Bu molekullar xərçəngin qarşısının alına bilməməsinin ən böyük səbəbidir. Çünki insanın immunitet sistemini zəiflədərək orqanizmin xərçəng hüceyrələrini məhv etməsinin qarşısını alırlar. Ancaq ağrıkəsicilər sayəsində müdafiə olunan immunitet sistemi xərçənglə mübarizədə qalib gələ bilir.

Elm adamları xüsusilə dəri, döş və bağırsaq xərçənginə qarşı mübarizədə ağrıkəsicilərdən sağaldıcı vasitə kimi istifadə ediləcəyini bildiriblər. Onların iddiasına görə, 60 yaşdan sonra mütəmadi olaraq qəbul edilən ağrıkəsicilər xərçəngə yaxalanmağın qarşısını ala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir