Qüsursuz bədənə sahib olmağın sirri

Baxış sayı: 1. 504

Təkcə üz dərisinə yaxşı baxmaq kifayət deyil. Bədən dərisini də nəmləndirmək mütləqdir.

“Gencaile.az”-ın xarici mətbuata istinadən xəbər verir ki, qadınlarda ən tez qırışan hissələr qolaltı və dizin arxa hissəsidir. Bunun qarşısını almaq üçün xanımlar ayda ən az bir dəfə spa-ya getməlidirlər. Əgər salona gedə bilmirsinizsə, bunu evdə edə bilərsiniz.

Dəniz yosunu ilə qüsursuz bədən:

Qaba bir ovuc dəniz yosunu qoyun. Üzərinə 1 stəkan gil (apteklərdə satılır-red.) tökün. Krem formasına gələnə qədər su əlavə edin. Bunu bədəninizin hər yerinə sürtün və sellofanla bükün. Yarım saat saxladıqdan sonra vanna qəbul edin.

Evdə spa edin:

1. Evdə spa edəcəyiniz günü özəl seçməlisiniz. Çalışın spa-nı iş olmayan ərəfəyə, həftə sonuna salın. Yəni proses zamanı sizə zəng vurub, narahat edəcək heç kim olmamalıdır.

2. Evdə rahat ab-hava yaradın. Sevdiyiniz mahnını səsləndirib, xoşladığınız ətirdən vurun. Yüngül iyli şamlar da yandıra bilərsiniz.

3. Rahat libas geyinin.Qaynar suyun içimə nanə və xiyar atıb, gün ərzində bir neçə dəfə için. Nanə bədəndəki qan dövranını yaxşılaşdıracaq, xiyar isə orqanizmi A və C vitamini ilə təmin edəcək.

4. Vannaya isti su doldurun və 15 dəqiqə içində uzanın. İsti vanna bədəndəki ölü hüceyrələri hərəkətə gətirir. Buxarı isə dərinizdəki qapalı məsamələri açar. Suya vanna duzu və sevdiyiniz efir yağı əlavə edin. Üz dəriniz də buxardan yumşalacaq. İsti vannadan çıxdıqdan sonra üzünüzü soyuq su ilə yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir