Aparıcı Elgiz Əkbər “Günə baxan” verilişində maraqlı açıqlama verib.
“Gencaile.az”-ın məlumatına görə, aparıcı qadın-kişi münasibətlərindən, şəxsi həyatından danışıb:
“Qadın kişi münasibətləri sivil qaydada qurulmalıdır. Eyni zamanda köklərimiz də unudulmamalıdır. Ailəli adamam, son dövrlər axşam saat 10 olan kimi dostlarıma deyirəm ki, “Mən evə gedirəm”. Həmin an başlayırlar ki, “Sən arvadından qorxursan”. Subay olanda evə axşam 12-də, 1-də gedirdim. Arvaddan niyə qorxum, məni öldürəcəklər? Hörmət, dəyər başqadır. Evə gecə saat 4-də gələn kişiləri başa düşə bilmirəm”.
Qeyd edək ki, E.Əkbər bu ilin mayında Əsmər adlı xanımla ailə qurmuşdu.