Sizə özünüzü xatırladacaq misallar – HAMIMIZ BUNLARI ETMİŞİK

Baxış sayı: 1. 388

Hamımız çılğıncasına bunları etmişik.

-“Budilnik”i saat 07:59-a qurub, sonra o bir dəqiqəni belə yatan insanlar;

-Telefonla danışanda kiməsə əsəbiləşəndə o telefonu atmaq üçün yumşaq yer axtaran insanlar;

-Bir nəfər “çay süzməyə gedirəm” deyəndə, stəkandakı çayını “hüüp” içib özünə də istəyən insanlar;

-Mobil telefonunu evdə yox, işdə və ya universitetdə şarj edən insanlar;

-Qarışıq quru meyvələrin içindən təkcə fıstıqları yeyın insanlar;

-Kiminləsə ortaq hesab ödəyəndə, “Qaqaş, səndə nəğd varsa, ver, mən kartla ödəyəcəm” deyən insanlar;

-Bir neçə nəfərlə metroya düşəndə vaqonun künc tərəfində oturmaq üçün əlbəyaxa döyüşə çıxan insanlar;

-Şampun bitənə yaxın içərisinə su doldurub bir müddət də elə istifadə edən insanlar;

-Səhər oyananda əvvəlcə komputerin açıb, sonra ayaqyoluna gedən insanlar;

-Şəkər tozuna və ya qəndə pul verməmək üçün kafelərdən, restoranlardan “fırlatdığı” qəndləri ciblərinə doldurub gedən insanlar;

-Şəhərlərarası avtobus səyahətində su və ya çay təklif edilən zaman hər cür imkandan faydalanmaq üçün yatsa belə, oyanan insanlar;

-Hər ay internet pulu verməmək üçün evin qarşısındakı kafenin internetindən istifadə edən insanlar;

-Su içmək üçün ayaqyoluna gedəcəyi  vaxtı gözləyən, əvvəl suyunu içib, sonra tualetə gedən insanlar;

-İmtahanda kağızları tez dolsun deyə həmişə böyük hərflərlə yazan insanlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir