mobil telefon

Yuxumuzun qayğısına telefonlar qalacaq…

Baxış sayı: 1. 540

Niderland alimləri möhkəm yatmağa kömək edən mobil əlavə hazırlayıblar. Utrext, Amsterdam və Delft Texniki universitetlərinin mütəxəssislərinin sözlərinə görə, proqram ilk növbədə yuxusuzluqdan əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.

“SleepCare” (“Yuxu qayğısı”) adlanan yeni əlavədən hazırda yalnız “Android” əməliyyat sistemi ilə işləyən qurğu sahibləri yararlana bilər. Əlavə təkcə düzgün fərdi yuxu rejimi yaratmağa kömək etmir, həm də yuxudan əvvəl gigiyena, gündüz vaxtı yatmamaq və relaksasiya kimi müxtəlif terapiya məsləhəti və üsulları təklif edir.

“Pis yatmaq sağlamlıq və ümumilikdə keyfiyyətli həyat üçün acı nəticələrə gətirib çıxara bilər, lakin möhkəm və sağlam yatmağa alışmaq mümkündür, -layihə rəhbəri, Utrext Universitetinin mütəxəssisi Yan Beun deyib. -Yuxusuzluqla mübarizədə ən başlıcası fərdi yanaşmadır və məhz bu prinsip hazırlanan əlavənin əsasını təşkil edir”.

Alimlərin hesablamalarına görə, Niderland əhalisinin 10 faizi xroniki yuxusuzluqdan əziyyət çəkir, -TASS xəbər verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir