skolioz

Uşağınızda skolioz var?

Baxış sayı: 1. 688

Skolioz onurğa sütunun deformasiyası ilə xarakterizə edilən xəstəlikdir. Skolioz çox ciddi pozulmadır.

Bir tərəfdən skolioz kosmetik defekt yaradır – xəstənin çiyinləri müxtəlif səviyyədə olur, bel əyilir, skoliozun ağır formalarında donqar əmələ gəlir. Digər tərəfdən skolioz insanın müxtəlif orqan və sistemlərində (ürə-damar, nəfəsalma sistemi, onurğa beyini və s.) ağır pozulmalara səbəb olur. Ağır formalarda skolioz yalnız cərrahiyyə üsulları ilə müalicə olunur.

Skolioz uşaq və yeniyetməlik dövrlərində inkişaf etməyə başlayır. Skoliozun erkən aşkar olunması çox vacibdir. Erkən mərhələlərdə aşkar olunmuş skolioz uşaqlarda çox uğurla müalicə olunur. Lakin erkən mərhələlərdə onurğa sütunun əyriliyi gözə çarpmaya bilər. Hər bir valideyn onun uşağında skoliozun olub-olmamasını özü təyin edə bilər. Bu çox asandır.

Uşaq qabağa əyilir (şəkildə göstərildiyi kimi) və siz arxadan uşağın belinə diqqətlə baxırsınız. Skolioz zamanı uşağın belinin bir tərəfi (sağ və ya sol) digər tərəfi ilə müqayisədə yuxarıda olur.

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_skolioz22.jpeg

Belə əyrilik hətta cüzi olduqda mütləq həkimə müraciət edin. Skolioz sürətlə inkişaf edə bilər və 1 il ərzində uşaqda hətta donqar əmələ gələ bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir