idman

Uşaqlara idmanı sevdirməyin YOLLARI

Baxış sayı: 1. 230

Müasir dövrdə getdikcə hərəkətsizləşən həyat özü ilə bərabər bir çox sağlamlıq problemləri də yaradır. Yaşadığımız texnologiya əsri insanların, xüsusən də uşaqların hərəkət sahəsini məhdudlaşdırır. Buna görə də kiçik yaşlarından uşaqları idman və məşqlərə alışdırmalı, gələcək illərdəki sağlamlıq riskləri azaldılmalıdır. “Gencaile.az” Aile.lent.az-a istinadən uşaqlara idmanı sevdirməyin yollarını təqdim edir.

İdman böyüməkdə olan uşaqlar üçün bədən və ruhun sağlamlığı, fiziki inkişaf baxımından yararlı və lazımlıdır. Uşaqların idmana yönləndirilməsində ən önəmli rol ailənin üzərinə düşür. Əvvəlcə ailə uşaqlara yaxşı bir örnək olaraq, bu sahədə vərdiş qazanmalarını hədəfə almalıdırlar.

Uşaqlara idmanı sevdirməyin yolları:

1. Övladınıza uyğun idman növlərinin hamısını göstərin və hansı ilə məşğul olmaq istədiyini soruşun. Öz seçdiyi idmanı deyəcək və bununla sevərək məşğul olacaq.

2. İdman intizamını yavaş-yavaş aşılayın. Qaydalarla o saat tanış olması onu qorxudub geri çəkilməyinə səbəb ola bilər. İdmanla məşğul olmağa başladığı ilk günlərdə ona sərbəstlik verin. Unutmayın ki, uşaqlar idmanla sadəcə zövq almaq üçün məşğul olurlar.

3. Övladınıza nümunə olun, idmanın yaşı olmadığını ona göstərin.

4. Övladınızı tərifləməyi unutmayın. Hər məşqdən sonra digər məşqin öhdəsindən daha yaxşı gələ bilməsi üçün onu tərifləyin.

5. Həvəsləndirmək və yorulmadan idmanla məşğul olması üçün ona məşğul olduğu idman sahəsinin nümayəndələrini göstərin. Nümunə götürə biləcək məşhurları görmək onu həyəcanlandıra bilər.

6. Maraqlandığı sahədə uğurlu oyun və ya məşqdən sonra övladınızı mükafatlandırın.

7. Onunla bərabər idman edin. Uşağın oyunda ata və anasına qalib gəlməsi onun özünü sübut etməsinə imkan verər.

8. Eyni idman növü ilə məşğul olan digər uşaqlarla onu tanış edin. Onların bir araya gəlmələri və dostluq etmələrinə şərait yaradın.

9. Uşağınızdan çox şey gözləməyinizi bəlli etməyin. Çox şey gözləyib az nəticə görməyiniz sizə xəyal qırıqlığı yaşadar, bu isə övladınızı məcbur etməyə səbəb ola bilər. Unutmayın ki, onlar sadəcə uşaqdırlar və tutumları məhduddur.

Hər uşaq və gəncin məşqə ehtiyacı var. Uşaqlıq dövrü geniş bir zaman kəsiyidir. Hər uşağın inkişaf və böyümə yolu müxtəlifdir. Eyni yaşda uşaqların fiziki qabiliyyət və bacarıqları çox fərqlidir. Bu faktorlara diqqət edilərək, düşünülmüş məşq proqramı tərtib edilməlidir. Gözləntilər və hədəflər uşağın inkişafına uyğun olmalıdır. Valideyndən başqa həkim və idman müəllimlərinin də üzərinə böyük yük düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir