Uşağı atıb-tutmayın! – TƏHLÜKƏ

Baxış sayı: 1. 476

Körpələri yuxarı göyə atıb-tutmaq çox əyləncəlidir. Bəs uşaqların da çox xoşuna gələn bu əyləncə nə dərəcədə faydalıdır?

Mütəxəssislər uşaqla oynayarkən və onu yatızdırarkən valideynlərin diqqət etməli olduqları və təkrarladıqları bəzi yanlış davranışlarla bağlı xəbərdarlıq edir.

Daxili orqanları yer dəyişdirə bilər

“Gencaile.az”ın  Aile.lent.az-a istinadən məlumatına görə, körpəni əyləndirmək üçün onu havaya atıb tullamaq əslində çox yanlışdır. Nəticədə uşaqda bağırsaq düyünlənməsi yaşana bilər. Körpə hər dəfə havaya atılıb tutulanda daxili orqanların yer dəyişdirməsi riski var. Bağırsağın da funksiyası pozulur, hətta hər hərəkətdə bağırsaq bağırsağın içinə girə bilər. Həm də anidən körpənin başının tavana dəyməsi, ya da yerə yıxılması zamanı yarana biləcək travmalar ciddi sağlıq problemlərinə səbəb olur.

Körpənin ayaqda yellənərək yatızdırılmasının da doğru olmadığı deyilir. Əgər körpə ayaqda yelləmədən yatmırsa, onda uşağı dizinizin üstünə alıb çox yavaş şəkildə yelləyərək yatızdıra bilərsiniz. Uşağın qoltuqaltına alınıb yellənərək yatızdırılması zamanı  baş arxaya və önə tez gedib gələcəyindən retina və beyindaxili qanamalara səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir