Amerikalı Stefan və Brian cütlüyü toy üçün şəkil çəkdirməyə getdikləri qolf sahəsində sürprizlə qarşılaşıblar. Belə ki, yeni evlənən cütlük Amerika prezidenti Barak Obama ilə görüşüb. Bir neçə ildir birlikdə olan cütlük Amerikanın səkkizinci böyük şəhəri San-Dieqonun ən populyar qolf meydanında toy şəkillərini çəkdirməyə qərar veriblər.
Cütlüyün şəkillərini çəkən fotoqraf Jeff Youngren prezident Barak Obamanın orada qolf oynadığını deyib. Bunu eşidən gənclər Obamanı uzaqdan seyr ediblər. Amerika prezidenti oyunu bitdikdən sonra toyu olan cütlüyün yanına gələrək onları təbrik edib və şəkil çəkdirib. Gəlin Stepanie toy günlərində Obama ilə tanış olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini deyib.
Fotoqraf Youngren isə bu özəl və səmimi günün şəkillərini çəkdiyi üçün özünü şanslı saydığını dilə gətirib.