xəstəlik

Qrip ölümə səbəb ola bilər

Baxış sayı: 1. 686
Qış aylarında bədəni öz təsiri altına alan virusların başında qripə səbəb olan influenza  A, B və C viruslarıdır. İnfluenza A, ev heyvanlarında, donuzlarda, quşlarda, insanlarda xəstəlik yaradır. Bunlara H1N1 virusları deyilir. C qrupunda olanlar çox yüngül təsir edir və epidemiyalara səbəb olmur. İnfluenza B qrupu isə sadəcə, insanlarda xəstəliyə səbəb olur.
Qrip yüksək hərarət, şiddətli ağrılar, zökəm və öskürək kimi əlamətlərlə ortaya çıxır. Ona görə bu virus mütləq müalicə edilməlidir. Əks halda, xəstədə müşahidə edilən hədsiz maye itkisi ölümə gətirə bilər. Qripdən qorunmaq üçün ilk növbədə immun sistemini gücləndirmək lazımdır. Bu xəstəliyə yaxalanmamaq üçün C vitamini qəbul etmək çox vacibdir. Qrip vaxtı yüksək dozada C vitamini qəbul etmək lazımdır. Meyvələrin çox istehlak edilməsinin də zərəri yoxdur.
Qripli şəxs ağır idmandan qaçmalıdır. Orqanizmi qüvvətləndirmək üçün vücudu yükləməmək lazımdır. Məşqlər qrip olmadan əvvəl müntəzəm olaraq aparılmalıdır. D vitamini çatmırsa, dərmanlardan istifadə edərək bu çatışmazlığı aradan qaldırmaq lazımdır. Sentyabr və oktyabr aylarında tətbiq edilən qrip vaksinlərinin insanları qripdən 100 faiz qorumadığı bəllidir. Qrip vaksinlərinin qoruyuculuq nisbəti yüzdə 70-lə 80 arasındadır. Yəni 20-30 faiz halda peyvənd olunduqdan sonra da qripə yaxalanmaq mümkündür. Peyvənd edildikdən 2-3 həftə sonra öz təsirini göstərir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir