Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin və mikroelementlərlə olduqca zəngindir. Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər. Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir. Nar qan təzyiqini və qanda olan qlükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər üçün çox xeyirlidir. İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.