Ekspertlər iki həftəlik məzuniyyəti həm yaxşı istirahət, həm də əmək qabiliyyətini bərpa eləmək üçün ən yaxşı müddət hesab ediblər. Musavat.com xəbər verir ki, alimlərə görə, 14 gündən artıq istirahət edən insanlarda İQ (qavrama qabiliyyəti – red.) 20 pillə aşağı düşür, əməkdaşların 50%-nin isə əhvalı kəskin şəkildə pisləşir.
Bunun da əsas səbəbi işə tez uyğunlaşmaq və prosesləri idarə eləmək, son xəbərlərin içində olmaq zərurətidir. Ona görə də uzunmüddətli məzuniyyətdən sonra ən çox depressiyaya rəhbər şəxslər, jurnalistlər və PR-çılar düşürlər. Əksinə, mühəndislər, proqramçılar və tərcüməçilər əmək rejiminə ən asan uyğunlaşırlar.
Alimlər hesab edir ki, insan nə qədər böyük məsul vəzifə daşıyırsa, bir o qədər onun üçün məzuniyyətdən qayıtmaq ağır olur.