Ailədaxili münaqişə üçün beş səbəb

Baxış sayı: 3. 021

Ailə kiçik bir dövlətdir. Bəs bu dövlət hansı səbəbə  dağılır? Dövlətin dağılmaması üçün biz nə etməliyik?

Bunun bir çox səbəbləri var. Әn başlıca səbəb evlənməmişdən öncә qızla oğlan bir- birinin xasiyyətlərinə yaxşı bələd olmamalarıdır. Xasiyyətlərinin uyuşmamaları ailə daxili konfliktlərə gətirib çıxarır və bu da ailә bağlarının qopmasına sәbәb olur.

2 ci bir səbəb isə ailәyә xaricdən təsir məsələsiidir. Ən əsası odur ki ərlə arvad mübahisələri etdiklәri zaman yaranan söz-söhbәt ancaq evdə qalmalıdı evdən kənara çıxmamalıdır. Əgər mübahisə evdәn kənara çıxarsa artıq o böyük mübahisələrə gətirib çıxara bilər. Əgər ərlə arvad arasında mübahisə yaranarsa onlar bunu öz aralarında hәll edib ortaq məxrəcə gəlib, bir-birlәrinә güzәştә getmәyi bacarmalıdırlar. Hissә qapılmamaq, dalaşmaq, yaxud küsmәk üçün bәhanә axtarmamalıdırlar. Mübahisә zamanı әr vә arvad xırdalanıb kiçilmәmәli, hәmişә cәmiyyәtin, ailәnin vә uşaqların mәnafeyini nәzәrә almalıdırlar.

3-cü səbəb : yeni evlənən gənclər öz ailәlәrinin tamlığını qorumaq üçün cәmiyyәt qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etmirlər. O isə evlilik insan həyatında ən məsuliyyətli iş sayılır. Çünki nigahın әsasını mәhәbbәt hissi ilә borc vә mәsuliyyәt hisslәrinin vәhdәti tәşkil edir.

4-cü sәbәb әr vә arvad arasında hüquqlarının bir olmaması. Kişi psixologiyasında belә bir ifadә var: “mən kişiyəm mənə hər şey olar”. Әslində bu tamam yanlış fikirdi. Bəs bu fikir hardan qaynaqlanıb? -Bu valideynlәrin oğlan uşaqlarını düzgün tәrbiyә etmәmәlәri sәbәbindәn baş verir.Hәlә kiçik yaşlarındanuşaqların beynində bu fikri formamalaşdırırlar ki, “sәn kişisәn dözümlü, güclü olmalısan”, “sәn kişisәn qız kimi ağlamamalısan” vә s. Bu kimi fikirlәrlә böyüyәn uşaqlar özlәrini qarşı cinsdәn üstün bilir, qadının hüquqlarını nәzәrә almır. Belә tәrbiyә alan uşaqlar da gәlәcәydә ailә hәyatı qurarkәn öz hәyat yoldaşlarına bu problemi yaşadır vә bu da ailә konfliktlәrinә sәbәb olur. Valideynlər oğlan uşaqlarının beynində bu fikri formamalaşdırmamalıdırlar. Eksinə onlar qadına hörmətlə yanaşmağı nəzakətlə davranmağı öyrətməlidirlər.Kişi qadınına hörmətlə yanaşmalı, onun istədiklərinə qulaq asmalı, qadınına laqeydlilik etmemeli ve qadının ailəsinə hörmətlə yanaşmalıdı. Həmçinin qadında. Necə deyərlər hörmət hötmətə bağlıdır.

Qadın cәmiyyәtdә olduğu kimi öz ailәsindә dә aparıcı qüvvәyә malik olmalıdır. Qadın bacardığı qədər evdə problemin yaranmasının qarşısını almalıdı, evdə elə bir şərait yaratmalıdı ki yoldaşı evə gəlməyə can atsın, onun beynində ev sakit, dinclik tapacağı bir yer kimi olsun. Yox әgәr qadın gün ərzinde baş verən problemlərini yoldaşının evə qayıtmasını gözləyib ve ona dincəlməyə imkan vermədən problemlərini danışmağa başlasa əlbəttəki ər evə gelmək istəməyəcək.Evdar xanımlar özlerinə daha diqqətlə baxmalıdırlar. Onların saç düzümü geyimi təmiz və səliqəli olmalıdır. Ən əsası qaından xoş qoxu gəlməlidi. Əgər qadın özünə laqeydlilklə yanaşsa yani özünü ancaq uşaqlarına evə adasa özünə arxa plana qoyması da ailə bağlarının boşalmasına hətta xeyanətə də gətirib cixara bilər. İstər qadın evdar olsun istərsədə iş qadını həmişə özünə baxmalı ve gözəl görünməlidi ki, ər qadınını görəndə daha da fərəhlənsin.

5-ci səbəb: Ailә bağlarının qırılmasına sәbәb olan mәsәlәlәrdәn biri dә aşırı dәrәcәdә qısqanclıqdı. Әslindә isә ailədə qısqanclıq normal bir haldır. Qısqanclıq hətta ərlə arvadın bir birinin sevgi təcəssümüdür. Ama hər şey normasında olmalıdır, aşırı qısqanclıqda adamı bezdirir ve bir birlərindən soyudur qarşıdakı şəxsin beynində inamsızlıq formalaşır. Ama heç qısqanmıyanda da qarşıdakı şәxs həmin şəxsin onu sevməməsində,onun üçün maraq kəsb etmədiyi fikrə gəlib çıxır.

Yuxarıdakılardan belә bir qәnaәtә gәlә bilәrik ki, ideal ailə yoxdur, çünki hər ailənin öz probləmləri öz çatışmazlıqları vardır. Ancaq valideynlər elə etməlidirlər ki, uşaqlar öz ailəsini ideal ailə kimi görsün. Mübahisə olan zaman onların yanında etməsinlər . Yoxsa bu uşağın psixologiyasına güclü zərbə vura bilər.

Bəzi gənclər ailə quranda elə bilirlər hər şey mükəmməl, onların xəyal etdikləri kimi olacaq. Amma elə olmur. Ailədə yaran konflitlərdən qaçmaq üçün qızlar çıxış yolunu evlənməkdə görür. Bu isə düzgün seçim deyil. Qızlar hər şeydən əvvəl öz ayaqları üstə dumağı bacarmalıdırlar. Çünki gələcəkdə onların nə gözlədiyini bilə bilməzlər.Qızlar ailə quranda oğlanın yaraşığına puluna ən çox önəm verirlər. Amma ən diqqət yetirilməsi oğlanın xasiyyəti və xasiyyət uyumluluğudu. Necə deyərlər pul hər şeyi həll etmir.

Sonda isә bunu demәk istәrdim ki, әr vә arvad öz ailә әsәrlәrinin nәinki müәllifilәri, hәm dә aktyorlarıdırlar. Әr vә arvad özlәrinin müdrik vә nәcib insan olduqlarını bu ailә rolları vasitәsilә göstәrmәlidirlәr.

 

Qarayeva Lamiyə




1 şərh “Ailədaxili münaqişə üçün beş səbəb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir