Müasir kompüter texnologiyaları azyaşlıların da həyatına daxil olub və onların zamanının böyük bir qismini zəbt edir. Belə ki, uşaqların imtina edə bilməyəcəyi əyləncələrdən biri də kompüter oyunlarıdır.
Əgər övladınız saatlarla kompüter qarşısından durmursa, yemək yeməyi belə unudubsa, bu zaman onun həm fiziki, həm də psixoloji sağlamlığı üçün narahat olmağa başlamalısınız.
Bəs, övladınızda kompüter oyunları asılılığının olub-olmadığını necə öyrənə bilərsiniz?
Mütəxəssislər valideynlərə uşaqlarında kompüter oyunları asılılığının olub-olmamasını öyrənmək üçün 10 suala cavab verməyi məsləhət görürlər:
1. Uşağın yuxu rejimi pozulubmu?
2. 4-5 kiloqram və ya daha artıq çəki itiribmi?
3. Özünü əks cinsə bənzətməyə çalışırmı?
4. Gözündə zəiflik, belində ağrılar varmı?
5. Maraqlı məşğuliyyətlərindən, sosial həyatından uzaqlaşıbmı?
6. Oyunlar bitdikdən sonra belə, oyun haqqında danışırmı?
7. Oyundakı obrazları təqlid edirmi?
8. Oyundakı obrazı daha yaxşı təqlid emək üçün saatlarla çalışırmı?
9. Oyundakı xarakteri həddindən artıq hömətli bir obraz kimi formalaşdırmağa çalışırmı?
10. Oyundan qaynaqlanın mənfi nəticələri rədd edirmi?
Əgər, bu suallara 1-3 ədəd “bəli” cavabınız varsa, övladınızın oyun oynaması hələlik problem deyil. Ona mane olmanızı şərtləndirən bir səbəb yoxdur. Sabitliyinin qorumasına yardımçı olun.
Əgər, 4-6 ədəd “bəli” cavabınız varsa, oyun oynamaq uşağınızda problem yaratmağa başlayıb. Kompüterdə oyun oynamaqla bağlı qaydaları yeniden gözdən keçirin və övladınıza məhdudiyyət qoyun.
Əgər, 7 ədəd və daha artıq “bəli” cavabınız varsa, oyun oynamaq övladınız üçün böyük ehtimalla asılılıq halına gəlib. Övladınızın psixoloji dəstəyə ehtiyacı var.