Ötən qışdan yığışdırıb şkafa qoyduğunuz dəri pencək və gödəkcələri üzə çıxarmağın vaxtıdır. Çox güman ki, uzun müddətdir istifadə edilməyən dəri geyiminiz bükülüb və qırışıb. Ancaq dərhal yenisini almağa tələsməyin!
Məlumdur ki, dəri geyimin qırışını açmaq üçün onu asılqana taxıb bir neçə gün özünə gəlməsini gözləmək lazımdır. Bəs əgər onu elə indicə geyinməliyiksə, onda nə edək? Belə halda, “Gencaile.az-ın “Aile.lent.az-a istinadən təqdim etdiyi bu məsləhətinə əməl edin.
Dəri gödəkcə, pencək, ya hansısa bir geyimi şkafdan çıxarıb asılqana taxaraq hamamda su dəyməyəcək bir yerə asın. Qaynar suyu açın, ventilyasiyanı yandırın. Hamamın qapısını bağlayıb çıxın. Qaynar su buxarı dəri geyiminizi 10 dəqiqə ərzində yepyeni edəcək. Tikişləri isə ütünü az temperaturda qoşub nəm əsgi ilə düzləşdirə bilərsiniz.
Qeyd: Bu üsulu ancaq əsl dəri geyimlər üzərində sınayın. Saxta dərilər korlana bilər.