Ailələr niyə dağılır? – SƏBƏBLƏR

Baxış sayı: 1. 645

Bu gün ailə bağlarının  qopmasının  əsas  səbəblərindən  biri  aradakı  sevgi  və  qarşılıqlı  anlaşmanın olmamasını  göstərə  bilərik.   Fərqli maraqlar  fərqlı düşüncələr  yaxud  inamsızlıq  kimi  amillər də buna misaldır.  Bəzən  bəlli  bir yaşda  olmasına  baxmayaraq  hələ  də fərdlər  özlərini kifayət  qədər  tərbiyələndirməmiş mənfi  xislətlərdən yaxa qurtarmamışlar.  Həmçinin  nə cür ailə  modeli istədiklərini  müəyyənləşdirmədən ailənin nə olduğunu  anlamadan ailə  qururlar.  Bəzən  isə  fərdin   daxili problemi  də ola bilir xəyanət   edir  amma səbəbi  onun öz daxili  doymaq bilməyən  istəklərinə  sərhədsiz  qoymasıdır. Arada  nə qədər  uyğunluq  olarsa   (əxlaq səviyyə ) cəhətlərdən  o qədər  xöşbəxt ailə  modeli yaratmaq mümkün ola bilər.

Müasir  ailə  modelinin  təməl  prinsipləri  başlıca olaraq  hər iki tərərf  öncə  necə bir insanla xöşbəxt  ola biləcəyni  müəyənləşdirməli,  və bir-birlərini  (görünüş, düşüncə, mədəniyyət və ) kimi istəklərdə qane etməlidir. Arada qarşılıqlı anlaşma  olması  ən önəmli  faktorlardandır.   Hətta belə desək o insana baxanda  pozitiv  enerji ala  bilməlidir.  Misal  olaraq fərqli  şəhər yaxud  rayonlarda  böyüyən fərdlər  arasında  fərqli  düşüncələrin olması,  hadisələrə fərqli  baxış  bucağı  qaçinılmazdır. Bunlar da  istənilən ailə  modelinin yaranmasının  qarşısını  alan faktorlardandır.

Qadın  və  kişi psixologiyaları  fitri  olaraq fərqlidir.  Bəzən qadınların bitmək  bilməyən istəkləri  , emosianallığı , mövzuları  kişilərin  gərəksiz  hesab  etdikləri  yöndən  uzatmaları  arada  konfiliktlərə  səbəb  ola bilir.   Kişilərin isə  bəzən  özlərinə  hər  hansı   məhdudiyətin  qoyulmasını  qəbul etməmələri  lakin  qadınların  tam  olaraq  onlarin (yersiz)  olsa  belə  istəklərinə   xidmət  etmələrini  tələb etmələri  ola bilir .  kişilərin  qadınların daxili  mənəvi  istəklərini  ödəməyin  zəruriliyini  anlamamaqları  əsas səbəblərdəndir.   Kişilər çox  zaman qadınların  həssas  ruhiyələrini  anlamırlar   və  qadınların  mənəvi  boşluqlarını  doldurmurlar.  Nəticədə  qadının  mənəvi  boşluğu  ailədə  (əsəbilik, kobudluq) kimi  təzahür edir beləliklədə  konfiliktlərin  davamı gəlir..

Ailədaxili konfiliktlərdən  qaçınmaq  üçün   ilk olaraq  hər  iki  tərəf  bir-birinin  xarakterini, ruhiyəsini nədən xoşlanıb  xoşlanmadığını  öyrənməlidir.   Güzəşt etmək,  mübahisə  olarsa  uzunçuluq  etməmək,   qarşı  tərəfi  sərt  çəkildə  ittiham etmək kimi  xüsusiyyətlərdən  çəkinmək  lazımdır.  Hər iki  tərəf  bir-birinin  xoşlanmadığı şeyləri  etməməyə  çalışmalıdır.  Bunları  edə  bilmək üçün önəmli  olan  işlərdən  biri  insanı tanımaq  , insan  psixologiyasını  müəyyən qədər  öyrənməyə  çalışılmalıdır.  əgər  qarşı  tərəf  əsəbidirsə  ona nəyisə izah  etmək   üçün  uyğun  zaman  gözləməy  lazımdır.

Ideal ailə modeli  deyərkən   bütün  proemlərdən  tam  olaraq  uzaq   olmalıdır  da   deyə bilmərik, çünki  təbii olaraq  hər kəs  insandır,  müəyyən   daxili hissləri də var və heç  kəs  tam  olaraq biz  istəyən  kimi  quraşdırılmayıb. Sadəcə  ən prinsipial  qayda  olaraq  deyə bilərik  ki,  arada nə  qədər  oxşarlıq  və anlaşma olarsa  o  qədər  ideal  ailə  modeli   yarana bilər.  bəzən  bəzi insanlar  ideal  ailəni  yalnız  aradakı  sevgi   ilə  ola  biləcəyini  düşünürlər.  lakin  əgər  fərdlər  bir-birinin  xarakterlərini   yetərincə  bilmədən  əhəmiyyətsiz  yanaşaraq  ailə qurarlarsa  nəticədə  ailənin dağılmasına gətirib  çıxarar.

Qısqanclıq  ağıl  məntiq üzərinə    bir həddəcən  olması  normaldır.  Lakin  yersiz  qısqanclıqlar,  qarşı   tərəfi  bezdirmək,  lazımsız  məhdudiyyətlər   qarşı  tərəfdə özünə qarşı   bəzən  hörmətszlik,  inamsızlıq  kimi  də anlaşılıb  arada  məsafələr, soyuqluqlar , sevginin azalması  kimi  nəticələnə də bilər.   və  sonda  qarşı  tərəfdə  ikrah  yarana  hətta  boşanma   ilə də  nəticələnə bilər.  bəzən insan   qısqanıldiğını   gördükdə  sevildiyinin  amili  kimi  qəbul edərsə də,  bu  çox  zaman  arada  söz-söhbət  ,  dava-dalaşlara da  gətirib  çıxara  bilər.

Ailə  qurarkən  çox  zaman  gənclərin    gözləntiləri çox   fərqli    lakin reallıq  tamamilə   fərqli  olur. Buna görə  də  öncədən  qarşı  tərəflə  qarşılıqlı  istəklər  danışılmalı , bir-birlərinin  istəklərini  özləri  ilə  uyğun  olmasını  öyrənməlidirlər. əks  halda  öz  nəzərində  nəyin  nə  cür olmasını gözləmək  sonradan  isə elə olmaması  ,  ailədə  ciddi konfiliktlər,  münasibətlərin pozulması ,  discomfort  ailə  mühiti   yarana    bilər.

Ailə  içi  münasibətlərdə  fikrimcə  ən  böyük  çatışmazlıq  fərdlərin  nəinki  qarşı tərəfin heç  özünün  belə  nə  kimi  xarakteredə  olmasını,  düzgün  ailə  idarə  etməyi  kifayət  qədər  bilməmələridir.

Ailəyə  kənar  amillərin  təsiri  ən böyük  ailə   dağıdıcı    səbəbdir.  Ailə  qurulursa  gənclər  bir-birinə  uyğunlaşmalıdır  digər  qohumlara deyil..  çox  zaman  ailəyə  edilən  müdaxilələr,  onların  idarə edilməsi,  problemlərin   kənar  insanların  təsiri  nəticəsində  daha  da  çətinləşməsi  qaçınılmazdır.  Gənc  ailəyə  imkan  yaratmaq  lazımdır  ki.  Ailə  idarəçiliyini,  çətinliklərini  həllini   öyrənsinlər   yoxsa  ki  yersiz müdaxilələr  problemin  həlli  əvəzini  onu daha  da  çıxılmaz  vəziyyətə gətirib  çıxarır.

Ailə  bütövlüyünü  qorumaq  üçün   hər  iki  tərəf  evdə  olan  heç bir  şeyi  (ana,ata) olsa  belə heç  kimə  danışmamalı  ailəsinə  kənar   müdaxilənin  olmasına  qəti  şəkildə  izn  verməməlidir. Hər  bir çətinikdə  bir-birinin əlindən  tutaraq  əLindən  gələni   əsirgəməməlidirlər.

Müasir  ailə  modelində  ailə  psixoloquna  çox  zaman ehtiyac  olur.  Bəzən  fərdlərin  bir-birini  anlamaması,  kobudluğu,  ailə  davranışlarını  bilməməsi  nəticəsində  və  s   etdikləri  səhvlər  mütləq  şəkildə  ailə  psixoloqunun  yardımına  ehtiyac  duyulurr.  Ailə  psixoloqu  aradakı  əsl  problemi  aşkar  edib   kökünə  vararaq  problem   aradan qaldırır.

Qasımova Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir