maska

Tibbi maskalar bizi QRİPDƏN QORUMUR

Baxış sayı: 1. 397

Soyuq fəsillər başlayanda şəhərdə tibbi maskalar taxan insanları görmək olur.

Görəsən, bu maskalar insanı soyuqdəymədən qoruya bilirmi? Həkimlərin fikirinə görə, adi tibbi maska insanı viruslardan qoruya bilməz. Bu mümkün deyil. Səbəbi izah edək.

Xəstə insanın orqanizmində viruslar sürətlə çoxalmağa başlayır. Viruslar selikli qişalarda yaşayır – burunda, ağızda. İnsan nəfəs verəndə havaya çoxlu sayda viruslar düşür. Bu viruslar çox kiçikdir, mikroskopikdir – təxminən 10 nm. Adi tibbi maska bu virusları asanlıqla buraxır. Bundan əlavə 1-2 saatdan sonra maska insan nəfəsindən nəmlənir və bu da əlavə təhlükə yaradır. Viruslar və müxtəlif mikroblar üçün nəm mühit ən əlverişlidir. Beləliklə, 1-2 saatdan sonra maska artıq infeksiya mənbəyinə çevrilir.

Tibbi maska yalnız bir halda müəyyən kömək edə bilər – bu maskanı xəstə insan taxdıqda. Xəstə insan asqırır və öskürür və bu zaman ətraf mühitə onun ağız suyu ifraz olunur. Ağız suyunda virusların miqdarı adi nəfəsalma zamanı buraxılan havaya ilə müqayisədə, təbii ki, daha çoxdur. Maska ağız suyunun damçılarını çölə buraxmır. Bu halda maska müəyyən kömək edə bilər. Lakin maskanı hər 1-2 saatdan bir dəyişmək, istifadə olunmuş maskanı ehtiyatla çıxardıb dərhal atmaq və sonra əlləri yaxşı yumaq lazımdır.

Bir xarici çox ölkələrdə bu qəbul edilmiş qaydadır – içtimai yerlərdə olduqda (nəqliyyat, ofis, məktəb və s.) xəstə insan tibbi maska taxır və bununla ətrafdakıları müəyyən dərəcədə xəstələnməkdən qoruyur.

Beləliklə, tibbi maska bizi viruslardan qoruya bilməz. Soyuq fəsillərdə özünüzü viruslardan qorumaq istəyirsinizsə, immun sisteminizi daim möhkəmləndirin. Güclü immun sisteminə heç bir maska, respirator və s. lazım deyil. O, orqanizmə düşən istənilən virusu zərərsizləşdirmək qabiliyyətinə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir