qurd

Pediatr xəbərdarlıq edir: “ Uşaqlarda qurd varsa…”

Baxış sayı: 39. 514

Qurd xəstəlikləri günümüzdə ən çox rast gəlinən və valideynləri narahat edən xəstəliklərdən biridir. Bir çoxları övladında bu xəstəliyin varlığından xəbərsizdir, bəzi uşaqlar isə dəfələrlə müalicə alsalar da yenə parazitlərdən qurtula bilmirlər. Elə hallar da olur ki, sözügedən xəstəliyin uşaqda bir neçə əlaməti olmasına baxmayaraq, analizlərdə xəstəliyi aşkar etmək mümkün olmur. Bəs belə olan halda valideyn nə etməlidir? Qurd xəstəliyinin əlamətləri nələrdir? Xəstəlik aşkar olunduqdan sonra diqqət edilməli nüanslar hansılardır? Bu xəstəlik ailənin digər üzvlərinə də yoluxa bilirmi?

“Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir”

Qəzetimizə müsahibə verən pediatr Hüseyn Məmmədov bildirdi ki, uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar: “Qurd xəstəliynin əlamətləri müxtəlif olur. Belə ki, orqanizmdəki qurdun növündən asılı olaraq, dişlərini qıcamaq, qarın nahiyələrində ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, anus nahiyəsində qaşınma halları müşahidə olunur. Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqət tələb edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar) parazitlik edə bilir. Bu parazitlər onları immunitetin zəifləməsinə, allergiyalara, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir”.

“Ailənin hər hansı üzvündə qurd aşkar olunursa digərlərinin də yoluxması qaçılmazdır”

“Ümumiyyətlə, orqanizmdə çoxalan qurdların nematordlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Məsələn, amibiyaz növü insandan yoluxur, uzun müddət orqanizmdə qalır və ağır fəsadlar verir. Bəzi qurdlar isə ağciyərdə xroniki öskürəklərə səbəb olur. Enterebiozlar gecə vaxtı anus nahiyəsində qaşınma ilə müşahidə olunur. Ən çətin müalicə olunan qurd növlərindən biri də lyambliyalardır. Onlar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq zərər verməkdə davam edirlər. Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərlə müşahidə olunur. Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır. Enterobioz adlanan qurd immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsaq və sidik kanalı iltihabını törədə bilirlər. Hətta appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Bu zaman uşaqlar ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur. İri qurdlar orqanları sıxaraq, yerini dəyişdirərək onların funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilir. Qaraciyərin zədələnməsi nəticəsində onun ölçüləri böyüyür, səthi nahamar olur, bəzən qızdırma, sarılıq əmələ gəlir. Ağciyərlərin qurdla zədələnməsi zamanı xəstədə quru öskürək, təngnəfəslik, qanlı bəlğəm ifrazı baş verir. Xəstəlik illərlə davam edə bilər. Bu zaman xəstələrin vəziyyəti tədricən ağırlaşmış olur”, – deyə həkim pediatr bildirdi.

H. Məmmədov qurd xəstəliyinin təkcə uşaqlarda deyil, böyüklərdə də rast gəlindiyini dedi: “Bir ailənin hər hansı üzvündə bu xəstəliyə rast gəlinibsə, digərlərinin də yoluxması qaçılmazdır. Onlar da yoxlanılmalı, qurd aşkar olunduğu halda müalicə olunmalıdırlar. Eyni zamanda, ailədə gigiyenik qaydalara ciddi şəkildə riayət olunmalıdır. Xüsusilə, yataq dəstlərinin tez-tez yuyulması, paltarların təmizlənib ütülənməsi mütləqdir. Eyni zamanda, uşaqlara şəxsi gigiyenik qaydalar izah edilməlidir”.

“Çox hallarda orqanizmdə qurdun olub olmaması bir analizdə təsdiq olunmur. Bəzən iki və ya üç gün ara ilə bir neçə dəfə analiz vermək tələb olunur”,-deyə H. Məmmədov vurğuladı.




7 şərh “Pediatr xəbərdarlıq edir: “ Uşaqlarda qurd varsa…”

  1. konul

    salam menim qizimin 4 yasi var.2 yawinda necisinden analiz verdim.askarid (yeni soxulcan) qurd cixdi.defelerle malice eletdirdim amma qurd duwmur.2 ildiki aparmadiqim hekim yoxdu nece defe malice goturdum her maliceden bir muddet sonra tekrar analiz verirem amma yene qurd cixir.bedeninde sepkiler var getdikce coxalr sepkiler bogazinin yanlarinda ,bedeninde ve bide dosunun biri yumuru vari kimi qirmizidi. qizaran yerler sertlewib deri sert kimidi. umuniteti cox zeifdi.tez tez xestelenir.men ne edim ki uwaqimda qurd duwsun.xais edirem mene meslehet verin.

    Cavabla
    1. Semra

      Xanim birincisi bütün aile yoxlanilmalidir.belke ele sizin ozunuz ya atası her defe tekrar uşağı yoluxdurursunuz.? Eledise bütün aile mualice olunmalıdır.ikincisi dermanlari beraber ciddi suretde gigiyrnaya riayet etmelisiniz.elcek maska geyinib her iki günden bir pastelleri deyişib yumaq ütülemek.ozunuz de lazım olsa her gün yuyun.yeni evizde fovqelade veziyyet elan edin.bir de ki sudde sarımsak demleyib uşağı imale edin.

      Cavabla
  2. Aygun

    Salam ele bir derman varki icme weklinde olmadin kapsula ve ya tablet weklinde olsun cunki qurd ucun icme dermanlarin dadi cox pisdi hec cur uwaq icmir

    Cavabla
  3. Aygun

    Salam. Menim oglumun 3 yawi var. Qurdun elametleri var ve buna qarwi mualice goturmek isteyirem. Ne etmek meslehet gorursuz?

    Cavabla
  4. Xalid

    Salam oğlumun 4 yaşı var.sifətində ala var birdəki quru öskür.qurd olma riski var ?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir