Hamilə olduğunu öyrəndi – 1 saat sonra qızı dünyaya gəldi

Baxış sayı: 1. 638

ABŞ-ın Boston şəhərində şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 47 yaşlı qadın hamilə olduğunun doğuşdan bir saat əvvəl öyrənib.

Cadi Braun adlı qadın öd kisəsindəki narahatlığa görə müəyyən müayinələrdən keçib. Bir saat sonra isə 3,7 kiloqram çəkisi olan sağlam qız uşağı dünyaya gətirib.

Braunun sözlərinə görə, ciddi problemi olduğunü düşündüyü üçün getdiyi xəstəxanada hamilə olduğunu öyrənəndə çaş-baş qalıb. 22 ildir evli olduğunu, lakin övlad sahibi olmağı düşünmədiyini bildirib. Bədənində bəzi dəyişikliklərin olduğunu fərq etdiyini, həmçinin kökəldiyini yaşının artmasıyla izah edən qadın bu yaşda hamilə qalacağını təxmin belə etmədiyini deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir