d2b3bb5abf42f9731523a71e5ecb7154_1323440948

Azərbaycanda dəhşət: ər-arvad intihar etdi – TƏFƏRRÜAT

Baxış sayı: 2. 808

Tərtər rayonunda baş vermiş hadisənin təfərrüatları məlum olub. “Gencaile.az”-ın vesti.az-a istinadən verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Turan Həsənov həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülnar Həsənovanı xəyanətdə günahlandırıb. İki azyaşlı qız anası olan qadın ərinə olan sədaqətini sübut etmək üçün onun qarşısında sirkə turşusu içib və bayıra qaçıb. 28 yaşlı G.Həsənova qaçaraq özünü yaxınlıqdakı su kanalına atıb. Bu zaman özünü günahkar hiss edən Turan Həsənov da qalan sirkə turşusunu içib və arvadının dalıyca kanala doğru qaçıb. Hadisə şahidlərinin köməkliyi ilə kanaldan çıxarılan cütlüyün zəhərləndiyi məlum olub və onlar xəstəxanaya yerləşdirilib.

 

*****

 

Azərbaycanda gənc ər və arvadı sirkə turşusu içərək intihar edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır.

 

Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihar etməsi müəmmalı olaraq qalır.

 

Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi açılmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir