Dünyada mütəmadi olaraq yüzlərlə qadın üzünü təraş edir. Düşünəcəksiz ki, bunun səbəbi qadınların istənilməyən tüklərdən xilas olmasıdır. Lakin əsl səbəb bu deyil. Amerikada bu hadisə ictimaiyyətə 1965-ci ildə məşhur jurnallardan birinin üz qabığına aktrisa Virna Lisinin təraş olunmuş şəkli ilə tanıdılıb. Jurnalın belə bir qapaqla çıxarılma səbəbi isə Amerika qadınlarının kişiləşməyə meyilli olduğuna diqqət çəkmək idi.
Əslində qadınların təraş olmağı gözəllik sirridir. Dərilərinin gözəlliyini qorumaq üçün Hollivudun məşhur simaları Elizabet Teylor və Merlin Monronun gizlincə üzlərini təraş etdikləri uzun illər danışılıb. Yəni üz təraşı üz dərisinin yaşlanmasını gecikdirir. Təraş zamanı kolajen istehsalı artır. Bu da dərini daha təravətli saxlayır. Xüsusilə Yaponiyada qadınlar arasında üz təraşı olduqca məşhurdur. Hətta onlarda bunun xüsusi adı belə var: Kao Sori. Yaponiyanın bir çox bölgəsində Kao Sori salonları qadınların xidmətindədir.
Həmçinin üz təraşı ölü dərilərdən də qurtulmağı və dərinin yenilənməsini olduqca sürətləndirir. Bu zaman dəri qara nöqtələrdən də təmizlənir. Təraş məsamələri açaraq daha təmiz dəriyə sahib olmağa və daha rahat makiyaj etməyə imkan yaradır.