Kişilər arasında aparılan araşdırmaların nəticələrinə görə, saqqal sahibinin aldatmağa meylli olduğunu göstərir. Hindistan və ABŞ-da 2000 kişi arasında aparılan tədqiqatın nəticəsində bu qənaətə gəlinib.
Amerikadakı sorğuda iştirak edən kişilərin 65 faizi, hindistanlı kişilərin isə 86 faizi saqqalın onların intim həyatında böyük rolu olduğunu bildiriblər. Araşdırmaya qatılan saqqallı kişilərin yarısı sevgililərinə tez-tez xəyanət etdiklərini boyunlarına alıblar.
Mütəxəssislər saqqalla sədaqətsizlik arasında nə kimi əlaqə olduğunu bilməsələr də, kişilərin daha xarizmatik imic yaratmaq üçün saqqal saxladıqlarını düşünürlər.